Məhkəmə qərarları › İş №3(066)-323/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-323/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-323/2023 24.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs Bəhman oğlunun iştirakları ilə, xx.xx.1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Gəncə şəhəri Ozan küçəsi ev 144-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 24 iyul 2023-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsi ev 11-də yaşayan Zərərçəkmiş şəxs Bəhman oğlu ilə Gəncə şəhəri Ozan küçəsi ev 144-də yaşayan Şəxs və X2 aralarında Göygöl rayon Üçtəpə kəndi ərazisində şəxsi münasibətlər zəminində Şəxs və X1 Abbasovun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona fiziki ağrı yetirməklə döymüşlər. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətmişdir . Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək,oğluna sünnət toyu etdiyini, sünnət toyunda bacısının keçniş həyat yoldaşı Zərərçəkmiş şəxs Bəhman oğlu toydan bacısı oğlunu oğrlamaq istədiyini və əlində bıcaq olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs Bəhman oğlu göstərmişdir ki, oğluna pul vermək üçün toya getdiyini və onu möhkəm döydüklərini bildirərək şikayətçi olduğunu və onun inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxsin ifadəsi və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 iyun 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən qəbul olunmuş 06 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başalanması rədd edilməklə bərabər, onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon PŞ-nin sahə rəisi İsməd Məmmədov tərəfindən tərtib edilmiş MN № 17783552 nömrəli, 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndi ərazisində Zərərçəkmiş şəxs Bəhman oğlunu döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Göygöl rayon PŞ-nin sahə rəisi İ.Əhmədov tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı Elşən Əmiraslanov tərəfindən qəbul olunmuş 06 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənin və barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir, məhkəmə hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-323/2023 24 iyul 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küç 93 Şəxs Gəncə şəhəri Ozan küçəsi ev 144 Zərərçəkmiş şəxs Bəhman oğluna Gəncə şəh.,Yeni Kəlbəcər qəs., ev 11 Göygöl Rayon Məhkəməsinin 3(066)-323/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar