Məhkəmə qərarları › İş №3(066)-324/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-324/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-324/2023 10.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu Muzdurlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala xx.xx.2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 333.1 və 329.1-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixli, 3-13-77/2-13026/23 saylı Azərbaycan Respublikası DİN Göygöl rayon Polis Şöbəsinin məktubu ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:57 radələrində idarət etdiyi «X4» markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsislik kəmərindən istifadə etmədiyi üçün Göygöl rayon X5 Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış yoxlama zamanı sürücü Şəxs avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilməyərək həmin gün spirtli içki qəbul etməməsini, avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməsini, barəsində tərtib edilmiş protokolun qanunsuz olmasını, heç bir inzibati xəta törətməməsini, hərbiçi olmasını bildirərərk barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 inzibati xəta haqqında protokola etiraz edərək, protokolun qanuna uyğun tərtib edilməməsini, Şəxs əməlində heç bir inzibati xəta hadisəsinin olmamasını bildirərək inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərbiçi olduğu üçün işə Gəncə şəhər Hərbi Məhkəməsi baxmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İşdə olan şəxsi vəsiqədən görünür ki, Şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Belə olan halda məhkəmə hesab edirki, inzibati xəta haqqında material aidiyyatı üzrə baxılması üçün Gəncə şəhər Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-111, 132 və 43.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyatı üzrə baxılması üçün Gəncə şəhər Hərbi Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-324/2023 10 avqust 2023-cü il Göygöl rayon Polis Şöbəsi Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Goranboy rayonu Muzdurlar kəndi Göygöl rayon məhkəməsinin 3(066)-324/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəq. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar