Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-325/2023 24.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin Sarusu PB-nin polis sahə rəisi polis baş leytenatı Elvin Əliyevin iştirakları ilə, xx.xx.1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməyinə görə əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qarayusifli kəndində qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 24 iyul 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 24 iyul 2023-cü il tarixdə Göygöl rayonu Toğanalı kəndi ərazisində polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bərdə rayonundan Göygöl rayonu Toğanalı kəndinə gəzməyə getdiyini, axşam Göygöl rayonu Toğanalı kəndində qaldığını, Toğanalı kəndini yaxşı tanımadığından səhər kəndi gərkən səfhən Kəlbəcər rayonu ərazisinə keçdiyini, peşiman olmasını bildirmişdir . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin Sarusu PB-nin polis sahə rəisi polis baş leytenatı Elvin Əliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 24 iyul 2023-cü il tarixdə Göygöl rayonu Toğanalı kəndində qurulmuş stasionar posdu Şəxs gizli yolla Kəlbəcərə “Turş suya “ gedərək Kəlbəcər rayonuna keçməyə cəhd etmişdir və Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığından Göygöl RPŞ-nin Sarusu PB-nə dəvət edilmiş.Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-325/2023 24 iyul 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Bərdə rayonu Qarayusifli kəndi Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-325/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-325/2023 07 avqust 2023-cü il Bərdə rayon İcra və Probasiya şöbəsinə Bərdə rayonu Qarayusifli kəndində yaşayan Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-325/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-325/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-325/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver