Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-326/2023 24.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 Göygöl rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X4 iştirakları ilə, xx.xx.1960-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 24 iyul 2023-cü il tarixdə Göygöl rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 03 iyul 2023-cü il tarixdə, Göygöl şəhər M.Ə.Rəsulzadə küçəsində X2 nalayiq ifadələrlə təhqir etmişdir . Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilərək törətdiyi əməldən peşiman olmasını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs X5 ifadəsində Şəxs ilə qonşu olduqlarını, həytdən su borusu keçirtdiyim üçün Şəxs ilə mübahisıə etdiklərini, onu və ailəsini nalayiq ifadələrlə təhqir etdiyini bildirdi . Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X6 göstərdi ki, Şəxs 03 iyul 2023-cü il tarixdə, Göygöl şəhər M.Ə.Rəsulzadə küçəsində X2 nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən o, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati protokolu müdafiə edərək Şəxs inzibati qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, 03 iyul 2023-cü il tarixdə, Göygöl şəhər M.Ə.Rəsulzadə küçəsində X2 nalayiq ifadələrlə təhqir etmişdir. Səlahiyyətli orqan onun törətdiyi inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsüf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində yəni, onun barəsində inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 ( əlli) manat məbləğində cərimə ediılsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-326/2023 24 iyul 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl şəhəri S.Hacıyev küçəsi ev 29 X3 Göygöl şəhəri S.Hacıyev küçəsi ev 52 Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-326/2023 07 avqust 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Şəxs barəsində olan Göygöl rayon Məhkəməsinin 3(066)-326/2023 nömrəli, 24 iyul 2023-ci il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « 01 » vərəqə. Hakim: Qələmar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-326/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-326/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver