Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-326/2025 04.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 262.2.3.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i m: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş daxil olmuş MN ******* nömrəli XX.07.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Göygöl RPŞ İTB polis sahə rəisi polis baş leytinantı Kamran Cəfərov tərəfindən Göygöl rayonu Qızılqaya qəsəbəsində yaşayan Şəxs Rafik oğlu barəsində Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən “Avto yuma” yerinin çirkab sularının boş əraziyə təyinatsız axıtması əsası ilə AR İXM 262.2.3-cü maddəsi əsası ilə protokol tərtib edilmişdir. Bundan sonra Göygöl Rayon Polis Şöbəsi tərəfindən Şəxs Rafik oğlunun barəsində İXM-in 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İnzibati işin baxılmağa hazırlanması zamanı təqdim edilən materialların natamam olduğu müəyyən edilmişdir. Belə ki, protokol və işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadda tarix düzgün qeyd edilmiş, eyni zamanda protokol bununla bağlı səlahiyyətli orqan tərəfindən tərtib edilməmişdir. Belə ki, “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 3 may 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilir: Məcəllənin 229, 251.3, 262, 263, 264.0.2, 264.0.3 və 264.0.5 ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Agentlik yanında Suların İstifadəsinə və X1 Xidmətinin yerli bölmələrinin rəhbəri, onun müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi. Hazırki halda protokol tərtib edən şəxs Göygöl RPŞ əməkdaşının buna səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində İXM-in 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Göygöl Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-326/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-326/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver