Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-327/2023 25.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 , X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gürcüstan, Bolnisi rayonu İmirosan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 25 iyul 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 25 iyul 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Şəxs Göygöl rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(066)-594/2020 nömrəli icra sənədinə əsasən 28 iyul 2011-ci il təvəllüdlü X4, və 13 iyul 2013-cü ildə anadan olmuş Şəxs yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay sabit məbləğdə 120 (yüz iyirmi) manat cəmi 240 manat aliment tutularaq X3 xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Aliment üzrə yaranmış borc hazırda 1880 manat təşkil edir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilən Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs yaranmış aliment borcunun ödənilməsi üçün dəfələrlə rəsmi formada xəbərdarlıq edilməsini, borcu ödəməsi üçün vaxt verilməsinə baxmayaraq, borclu A.Hüseynov bu günki tarixə kimi borcunu ödəməmiş və ödəməkdən yayınmışdır. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən icra sənədi üzrə tələbkar X2 Cavanşir Valeh oğlu alimenti ödəmədiyini və uşaqlarına baxa bilmədiyini məhkəmədən qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu icra məmurunun inzibati protokolda qeyd etdiyi 1880 manat məbləğində aliment borucuna etiraz etdiyini, hava ilə əlaədar işləyə bilməyəcəyindən ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 98-ci maddəsinə əsasən dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını yerinə yetirməyə bocludurlar. Bu tələb və sərəncamların yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 17.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikası qanunvericili ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanın qərarlarının icra ilə əlaqədar məhkəmə icraçıların tələblərini yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olnmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokola, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində inzibati həbs növündə tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbsetmənin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 3(066)-327/2023 25 iyul 2023-cü il Göygöl rayon İcra və Probasiya şöbəsinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-327/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «02» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 3(066)-327/2023 25 iyul 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova hörmətli Zaur müəllim, Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-327/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «02» vərəqə. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-327/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-327/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver