Məhkəmə qərarları › İş №3(066)-328/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-328/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-328/2024 19.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xitmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduəlizadə tərəfindən tərtib edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22927948 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xitmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduəlizadə tərəfindən tərtib edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22927948 saylı inzibati tənbeh vermə haqqında qərarnın ləğv edilməsini xahiş etmişdir. Onun şikayətindən məlum olur ki, X2 həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göygöl rayonu sakini X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 12 avqust 2024-cü il tarixdə saat 09:33-də özünə məxsus olan “VAZ 21074 MİNİK” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsində dayanarkən yolun kənarında 2-ci və sonrakı cərgələrdə dayanmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xitmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduəlizadə tərəfindən tərtib edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22927948 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. Həmin qəarada texniki vasitənin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt göstərilməmişdir. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X2 05 fevral 1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xitmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduəlizadə tərəfindən tərtib edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22927948 saylı inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, X2 12 avqust 2024-cü il tarixdə saat 09:33-də özünə məxsus olan “VAZ 21074 MİNİK” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsində dayanarkən yolun kənarında 2-ci və sonrakı cərgələrdə dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X2 12 avqust 2024-cü il tarixdə saat 09:33-də özünə məxsus olan “VAZ 21074 MİNİK” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsində dayanarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 80 (səksən) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. X2 həmin qəarada texniki vasitənin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt göstərilməməsini əsas göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən həmin məlumatlar inzibati tənbeh vermə haqqında qərarında deyil inzibati xəta haqqında protokolda qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xitmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduəlizadə tərəfindən tərtib edilmiş 12 avqust 2024-cü il tarixli, EQ 22927948 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar