Məhkəmə qərarları › İş №3(066)-329/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-329/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-329/2024 29.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1994-cü ildə Xanlar (Göygöl) rayonu, Kərəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl rayonu, Kərəmli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 29 avqust 2024-cü il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Göygöl rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsinə və icra sənədinə əsasən 09 oktyabr 2023-cü il tarixdən başlayaraq 20 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 140 (bir yüz qırx) manat sabit pul məbələğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədləri icraya yönəldilsə də, borclu Şəxs icra sənədini tam icra etməmiş və onun hal-hazıra ödənilməmiş 1090 (min doxsan) manat aliment borcu yaranmış və bununla da borclu Şəxs məhkəmə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Baş vermiş inzibati xətahadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsinə və icra sənədinə əsasən 09 oktyabr 2023-cü il tarixdən başlayaraq 20 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 140 (bir yüz qırx) manat sabit pul məbələğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. O, 3-cü qrup gözdən əlil olmaqla işləmək qabliyyəti yoxdur. Buna baxmayaraq ona təyin edilmiş pensiyasından hər ay müəyyən edilmiş aliment Zərərçəkmiş şəxs ödənilir. Onun hal-hazıra ödənilməmiş 1090 (min doxsan) manat aliment borcu yaranmasına səbəb isə icra sənədinin 29 may 2024-cü il tarixdə icra yönəlməsinə baxmayaraq, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbələğində alimentin 09 oktyabr 2023-cü il tarixdən hesablanması olmuşdur. O, qeyd edilən icra sənədini icra etməkdən boyun qaçırtmır. Hal-hazıra kimi 400 manata yaxın aliment ödəmişdir. Qalan aliment borcunu da yaxın vaxtlarda ödəyəcəkdir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsinə və icra sənədi 29 may 2024-cü il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. 29 may 2024-cü il tarixdə Şəxs icraata başlamaq haqqında qərarın surəti və bildiriş göndərilmişdir. Qeyd edilən icra sənədi Şəxs pensiyasına yönəldilmiş, hər ay üzrə isə 105 (yüz büş) manat ödəniş edilir. Borclu Şəxs hal-hazıra kimi 310 (üç yüz on) manat aliment borcundan ödəniş etmiş olsa da onun 1090 (min doxsan) manat aliment borcu yaranmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. İnzibati materiala əlavə edilmiş Göygöl rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, 29 may 2024-cü il tarixli icra sənədindən məlum olur ki, 09 oktyabr 2023-cü il tarixdən başlayaraq 20 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 140 (bir yüz qırx) manat sabit pul məbələğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İnzibati materiala əlavə edilmiş inkasso sərancamlarından və qəbzlərdən məlum olur ki, Şəxs Göygöl rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, 29 may 2024-cü il tarixli icra sənədi üzrə 310 (üç yüz on) manat aliment borcundan ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Göygöl rayon Məhkəməsinin 2(066)- 71/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsinə və icra sənədinə əsasən 09 oktyabr 2023-cü il tarixdən başlayaraq 20 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 140 (bir yüz qırx) manat sabit pul məbələğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd edilən icra sənədi 29 may 2024-cü il tarixdə icra edilməsi üçün göndərilmiş və Şəxs tərəfindən 3 ay ərzində 310 (üç yüz on) manat aliment borcundan ödəniş edilmişdir. 1090 (min doxsan) manat aliment borcu yaranmasının əsas səbəbi ilə alimentin ödənilməsinin 09 oktyabr 2023-cü il tarixdən hesablanması olmuşdur. Şəxs Göygöl rayon Məhkəməsinin 2(066)-71/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsinə və icra sənədini icra etməkdən boyun qaçırtmır, o, 3-cü qrup gözdən əlil olmaqla işləmək qabliyyəti yoxdur. Qalan aliment borcunu isə qısa müddət ərzində ödəyəcəyini bildirdi. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Ona icra sənədinin icra edilməməsinə görə inzibati məsuliyyətininin ona izah edilməsinə dair hər hansı bir sənəd inzibati materiala əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasənbarəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar