Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-330/2023 27.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , Zərərçəkmiş şəxs Göygöl rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 27 iyul 2023-cü il tarixdə Göygöl rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 21 iyul 2023-cü il tarixdə, Göygöl rayonu Yeni Qızılca kəndində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir . Bununla da Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək onu şərlədiklərini, 1 ildir yoldaşından ayrıldığını, azyaşlı uşağına keçmiş yoldaşının sürməyə maşın verdiyini və o uşağı görmək üçün getdikdə uşağın onu vurduğunu bildirərək məhkəmədən icrata xitam verilməsini xahiş etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində onu söyüb təhqir etdiyini və bunu əvəllərdə təkrarladığını bildirdi . Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 göstərdi ki, Şəxs 21 iyul 2023-cü il tarixdə, Göygöl rayonu Yeni Qızılca kəndində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən o, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati protokolu müdafiə edərək Şəxs inzibati qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid X3 məhkəmə iclasında bildirmişdir ki Şəxs onları təqir etdiyini məhkəmə iclasında bildiri. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs 21 iyul 2023-cü il tarixdə, Göygöl rayonu Yeni Qızılca kəndində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Səlahiyyətli orqan onun törətdiyi inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsüf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində yəni, onun barəsində inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə ediılsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-330/2023 26 iyul 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Yeni Qızılca kəndinə Zərərçəkmiş şəxs Göygöl rayonu Yeni Qızıca kəndinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-330/2023 07 avqust 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinə Şəxs barəsində olan Göygöl rayon Məhkəməsinin 3(066)-330/2023 nömrəli, 26 iyul 2023-ci il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « 01 » vərəqə. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-330/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-330/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver