Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-331/2023 27.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1992-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, Kəlbəcər rayonu Bağlıpəyə kəndində qeydiyyatda olan və Göygöl şəhəri A.Hacıyev küçəsi ev 60-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 27 iyul 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 27 iyul 2023-cü il tarixdə Göygöl şəhəri A.Hacıyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Göygöl Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində atası Məhəmməd Bağırova məxsus ov silahı ilə küçədə olan itə atəş açaraq iti yaralamışdır. Həmin ərazidə xidmətdə olan polis əməkdaşı Şəxs yaxınlaşaraq əlində olan silahı təhvil verib onunla birlikdə polis şöbəsinə gəlməsini tələb etmişdir. Lakin, Şəxs silahı təhvil verməkdən imtina edərək polis əməkdaşı ilə mübahisə etmişdir. Şəxs dəfələrlə polis əməkdaşı tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yaşadıqları evin qarşısında sahibsiz küçə itləri var. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində atası Məhəmməd Bağırov itləri qorxutmaq üçün özünə məxsus olan ov silahı ilə itlərə atəş açmışdır. İtlər uzaqlaşdıqdan sonra atası silahı evə aparmaq üçün ona vermişdir. O silahı evə apararkən polis əməkdaşı yaxınlaşaraq silahı verməsini tələb etmişdir. Həmin vaxt polis əməkdaşına silahın atasına məxsus olmasını, silahı verməyə ixtiyarının olmamasını, silahı yalnız atası Məhəmməddən ala bilmələrini bildirmişdir. Daha sona isə polis əməkdaşı ilə birlikdə şöbəyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X3 bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Göygöl rayonu ərazisində xidmətdə olan zaman adı sonradan ona məlum olan Şəxs əlində ov silahı olmasını və həmin silahla azyaşlı uşaqların toplaşdığı küçədə sahibsiz itə atəş açaraq iti yaralamasını görmüşdür. Həmin vaxt Şəxs yaxınlaşıb özünü təqdim edərək silahı təhvil verməsini və onunla birlikdə polis şöbəsinə gəlməsini bildirmişdir. Lakin, Şəxs onun tələblərinə tabe olmayaraq onunla yüksək səslə mübahisə etmişdir. Dəfələrlə Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki silahla yaşadığı evə girmişdir. Daha sonra əməliyyat qrupunun köməkliyi ilə Şəxs şöbəyə gətirərək barəsində tədbir görülməsi üçün raport yazmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə Göygöl Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola, barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan 27 iyul 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27 iyul 2023-cü il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbsetmənin əvvəli 27 iyul 2023-cü il tarixdən saat 14-30-dan hesablansın. Qərardan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-331/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-331/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver