Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-331/2024 17.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı X2 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəxs etibarnamə əsasında atası X3 məxsus AE 110015 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ-21074 markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir-Gəncə avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətinə hərəkətdə olan zaman yolunun Göygöl rayonu Quşqara ərazisindən keçən hissəsində piyada Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid edilən, alın nahiyəsinin yarası, sağ almacıq, sağ gicgah, sağ göz və burun nahiyələrinin qançırları sağ çiyin nahiyəsinin sıyrığı xəsarəti alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Buna görə də İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı X4 inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs Şəmkir-Gəncə avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətinə hərəkətdə olan zaman yolunun Göygöl rayonu Quşqara ərazisindən keçən hissəsində piyada Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid edilən, alın nahiyəsinin yarası, sağ almacıq, sağ gicgah, sağ göz və burun nahiyələrinin qançırları sağ çiyin nahiyəsinin sıyrığı xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində İXM-nin 327.8-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olduğundan barəsində həmin maddəyə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün qərarın sürəti Göygöl RPŞ-nin DYPB-nə göndərilmiş, Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmədən barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 21-22 radələrində baş vermişdir. Həmin vaxt Gəncə şəhəri istiqamətdə təxminən 40 km/saat surətlə hərəkətdə olan zaman Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən “pryez” adlanan yerdə yolun sağ tərəf kənarında iki nəfər şəxsin dayandığını, onlardan birinin yolu ötüb keçdiyini, digərinin isə keçmək istədiyini görüb sürətini azladaraq, sükanı sola doğru çəkərək avtomobili dayandırmışdır. Həmin vaxt o, avtomobili idarə edərək gedən zaman, kənardan tanımadığı şəxs əli ilə ona işarə edib, onu saxladaraq şəxsin xəsarət almasını demişdir. O, həmin tanımadığı şəxsə bildirmişdir ki, o, heç kimi vurmamışdır. Həmin vaxt o, DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək Quşqara kəndi ərazisində iki nəfər şəxsin özünü avtomobil yolan atmaq istədiyini, qəza şəraiti yaratmaq istədiyini bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra Göygöl RPŞ-dən ona zəng edərək, onu PŞ-nə dəvət etmişlər. Hazırda zərər çəkmiş şəxslə barışmış və ona dəymiş zərəri tam olaraq ödəmişdir. O avtomobillə işləyərək ailəsini dolandırır. Odur ki, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan xx.xx.2024-cü il tarixli telefonoqramdan görünür ki, Zərərçəkmiş şəxs səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını, Şəxs barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs idarə etdiyi avtomobil ilə ona xəsarət yetirmişdir. Qəza zamanı ona dəyən ziyan barədə heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun, foto cədvəllərin və sxemin surətlərindən görünür ki, hadisə yerinə baxış qaranlıq havada keçirilmiş, baxış Göygöl rayonu Quşqara kəndindən Gəncə şəhəri istiqamətində keçirilmişdir. Hadisənin növü piyada vurmadır. Yolnəqliyyat hadisə yeri yaşayış məntəqəsi olmaqla, yolun hərəkət hissəsi düz, asfaltbeton örtüklü olmaqla örtüy qurudur. Yolun hərəkət hisəsinin ümumi eni 8.60 metrdir. Hərəkət zolaqlarının sayı 2 hərəkət hisəssinin eni 4.30 metrdir. Yolda qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa nişanlanma xətti mövcuddur. Hərəkət hissəyə birləşir sağdan yol çiyini, soldan yol çiyini, sonra sağdan yaşayış evləri və mağazalar soldan isə yaşayış evləri olmaqla, yol işıqlandırılmır. Piyadanın vurulma yeri Gəncə şəhəri istiqamətində yolun sağ tərəf kənarından 1.40 metr məsafədə yerləşir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 372 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - alın nahiyəsinin yarası, sağ almacıq, sağ gicgah, sağ göz və burun nahiyələrinin qançırları sağ çiyin nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissində göstərilən tarixə yəni, xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 2336/2024 nömrəli sərxoşluq hallarının müayinə aktından görünür ki, sürücü Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1992-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan AE 110015 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və BC kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən hal olaraq zərərçəkmiş şəxslə barışıq əldə edərək vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-331/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-331/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver