Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-332/2024 24.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22679764 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22679764 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2024-cü il tarixdə Gəncə şəhəri Nizami prospekti ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Gəncə şəhər X9 Şöbəsinin əməkdaşları **-YP- *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan İlkin və Elmar adlı şəxslər etibarnamə əsasında idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxla əmri vermişlər. O, polis əməkdaşlarının qanunu tələblərinə əməl edərək avtomobilini saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq avtomobilin arxa dövlət nişanı olmadığı üçün cərimə tətbiq ediləcəyini bildirmişlər. O polis əməkdaşlarına nömrənin bağladığı vintin biri düşüb bu səbəbdən nömrəni avtomobilin baqac hissəsinə qoyaraq ustaya getdiyini bildirmişdir. Həmçinin nömrənin baqacda olduğunu polis əməkdaşına göstərmişdir. Polis əməkdaşı dövlət qeydiyyat nişanının avtomobilin üzərinə bağlanmalı olmasını bildirmişdir. O nömrəni bağlamağa vintinin olmamasını və bu səbəbdən ustaya getməsini bildirmişdir. Bu səbəbdən Gəncə şəhər X9 Şöbəsinin əməkdaşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7–ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə yazılmışdır. O polis əməkdaşına 100 (bir yüz) manat cərimə yazılmasının qanunsuz olmasını bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7–ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə 100 (bir yüz) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Onun əməli isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3 dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə xətaya tövsif edilməlidir. Həmin maddəyə görə o 40 (qırx) manat məbləğində cərimə cəzası yazılmalı idi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və qərar qəbul etmiş orqanın nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət vermiş şəxs və qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İşdə olan Göygöl Rayon Məhkəməsinin (hakim Mübariz Məmmmədovun) xx.xx.2024-cü il tarixli, 3(066)-332/2024 saylı qərarından görünür ki, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polisi İdarəsinin Dövlət Yol şöbəsinin 12 avqust 2024-cü il tarixli, EQ 22679764 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin (hakim Sevindik Əzizovun) xx.xx.2024cü il tarixli, 3(104)-644/2024 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.7-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 3(066)- 332/2024 nömrəli qərarından X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(066)-332/2024 saylı qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 xx.xx.2024-cü il tarixli, 3-13- 575/2-13815/24 saylı məktubundan görünür ki, 12 avqust 2024-cü il tarixdə vətandaş X1 barəsində Gəncə Şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən hər hansısa bir yol hərəkəti haqqında qanun pozuntusu faktı ilə bağlı eyni zamanda xx.xx.2024-cü il tarixli EQ 22679764 saylı inzibati tənbeh vermə haqqında qərar tərəflərindən qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. X4 məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22679764 saylı qərarın ləğv edilməsini xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi qərarın kimin tərəfindən qəbul edilməsini və qərarın surətini şikayətinə əlavə etməmiş, bununla belə X1 ərizəsində göstəriyi xüsusatlar üzrə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın alınması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 sorğu verilmiş, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 xx.xx.2024-cü il tarixli, 3-13-575/2- 13815/24 saylı məktubunda 12 avqust 2024-cü il tarixdə vətandaş X1 barəsində Gəncə Şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən hər hansısa bir yol hərəkəti haqqında qanun pozuntusu faktı ilə bağlı eyni zamanda xx.xx.2024-cü il tarixli EQ 22679764 saylı inzibati tənbeh vermə haqqında qərar tərəflərindən qəbul edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göründüyü kimi, məhkəməyə inzibati tənbeh vermə haqda qərar təqdim edilmədiyindən və şikayət məhkəmənin icraatında olan müddət ərzində X3 bu barədə məlumat verilmiş, lakin həmin qərarı qəbul etmiş vəzifəli şəxsi müəyyən etmək, həmçinin qərarı əldə etmək və bununla da məhkəməyə çağrılmalı şəxslərin dairəsini müəyyən etmək və verilmiş şikayətə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Bu səbəbdən şikayət geri qaytarılmalı və X3 izah olunmalıdır ki, şikayətində göstərdiyi xüsusat üzrə qəbul edilmiş qərarı əldə etdikdən sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X4 tərəfindən xx.xx.2024-cü il tarixli, xx.xx.2024–cü il tarixli EQ 22679764 saylı qərarın ləğv olunmasına dair şikayəti geri qaytarılsın. X4 oğluna izah olunsun ki, qeyd olunan protokol üzrə müvafiq qərar qəbul edildikdən sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ vardır. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-332/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-332/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver