Məhkəmə qərarları › İş №3(066)-336/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-336/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-336/2023 15.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Daşkəsən şəhərində doğulmuş, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 10:50 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində sürücü Şəxs idarə etdiyi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobili ilə Göygöl rayonu, Yeni Qızılca kəndində "Daşkəsən körpüsü” adlanan körpü istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı qadağan edilmiş ərazidə ötmə əməliyyatı edən zaman onun qarşısında, onunla eyni istiqamətdə hərəkətdə olan Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 idarə etdiyi "Qazel Furqon" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sola manevr edən zaman Şəxs idarə etdiyi avtomaşınla sonuncunun avtomobilinin sol ön hissəsindən vuraraq keçmiş və yolun sol hissəsində dayanaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Şəxs idarə etdiyi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində olan, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş orqanın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu bildirdi və nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 327.8-ci mаddəsndə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 10:50 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində sürücü Şəxs idarə etdiyi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobili ilə Göygöl rayonu, Yeni Qızılca kəndində "Daşkəsən körpüsü” adlanan körpü istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı qadağan edilmiş ərazidə ötmə əməliyyatı edən zaman onun qarşısında, onunla eyni istiqamətdə hərəkətdə olan Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 idarə etdiyi "Qazel Furqon" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sola manevr edən zaman Şəxs idarə etdiyi avtomaşınla sonuncunun avtomobilinin sol ön hissəsindən vuraraq keçmiş və yolun sol hissəsində dayanaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Şəxs idarə etdiyi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində olan, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması səbəbi ilə baş vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlnması rədd edilmiş və onun barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:50-də idarə etdiyi "Mitsubishi Lancer" markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolla və özünün etirafedici izahatı ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə həmçinin bildirir ki, İXM-nin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında üç yüz manat cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 327.8-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılması оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-336/2023 «15» avqust 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, Aydın Hacıyev küçəsi, 93 Şəxs ünvan: Daşkəsən şəhəri, Y.Daşkəsən qəsəbəsi, S.Vurğun 67 Göygöl Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 3(066)-336/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar