Məhkəmə qərarları › İş №3(066)-336/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-336/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-336/2024 16.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Ermənistan SSR Basarkeçər r-nu Zod kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, FİN: Y110593, Göygöl rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Göygöl rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdim: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 05 avqust 2024-cü il tarixli çıxarışa əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları barəsində inzibati xəta haqqında protokoll tərtib edilmiş Şəxs məxsus olan Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrı-dağı” restoranında 06 avqust 2024-cü il tarixdə və 08 avqust 2024-cü il tarixdə yoxlama keçirərkən, sahibkar Şəxs və ya səlahiyyətli şəxs yoxlama keçirilən “Ağrı-dağı” restoranında olmamış və lazımı sənədlər yoxlama keçirilən şəxslərə təqdim edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir Barəsində inzibati xəta haqqında protokoll tərtib edilmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin nümayəndəsi X3 məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 05 avqust 2024-cü il tarixli çıxarışa əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Şəxs məxsus olan Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrıdağı” restoranında 06 avqust 2024-cü il tarixdə və 08 avqust 2024-cü il tarixdə yoxlama keçirmişlər. Həmin vaxtı sahibkar Şəxs və ya səlahiyyətli şəxs yoxlama keçirilən “Ağrıdağı” restoranında olmamış və lazımı sənədlər yoxlama keçirilən şəxslərə təqdim edilməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 05 avqust 2024-cü il tarixli çıxarışından məlum olur ki, 06 avqust 2024-cü il tarixdən və 08 avqust 2024-cü il tarixə kimi olan müddət ərzində Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrı-dağı” restoranında plandankənar yoxlama aparılması müəyyən edillmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin 05 avqust 2024-cü il tarixli qərarından məlum olur ki, bölmənin əməkdaşları tərəfindən 06 avqust 2024-cü il tarixdən və 08 avqust 2024-cü il tarixə kimi olan müddət ərzində Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrı-dağı” restoranında plandankənar yoxlama aparılması qəarara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin Şəxs ünvanladığı 08 avqust 2024-cü il tarixli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları ona məxsus olan Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrı-dağı” restoranında 06 avqust 2024-cü il tarixdə yoxlama keçirmişlər. Həmin vaxtı o və ya səlahiyyətli şəxs yoxlama keçirilən “Ağrı-dağı” restoranında olmamış və lazımı sənədlər yoxlama keçirilən şəxslərə təqdim edilməmişdir. 28 avqust 2024-cü il tarixdə “Ağrı-dağı” restoranında olmaq yoxlama aparılmasına şərait yaradılmasının zəruri olması bidirilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin 28 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan məlum olur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Şəxs məxsus olan Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrı-dağı” restoranında yoxlama keçirərkən, sahibkar Şəxs və ya səlahiyyətli şəxs yoxlama keçirilən “Ağrı-dağı” restoranında olmamış və lazımı sənədlər yoxlama keçirilən şəxslərə təqdim edilməmişdir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, barəsində inzibati xəta haqqında protokoll tərtib edilmiş Şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Gəncə- Daşkəsən regional bölməsinin əməkdaşlarına Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Ağrı-dağı” restoranında yoxlama aparılmasına maneçilik törədilmiş, onların qanuni tələblərinin yerinə yetirilməmişdir. Məhkəmədə işə baxılan zaman inzibati xəta tərətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Həmin Məcəllənin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş 3000 (üç min) manat cərimə inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə təqsirli bilinərək, pirotexniki vasitələr müsadirə edilməklə 3000 (üç min) manat cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar