Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-337/2024 08.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Göygöl rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Şəxs, Göygöl rayon Məhkəməsinin 2(066)-1282 saylı 23 noyabr 2020-ci il tarixli qərardadı və 2(066)-116/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Şəxs uşaqların saxlanılması üçün hər ay 260 manat pul tutulub X2 verilməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 07 sentyabr 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, ondan Göygöl rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-116/2021 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 24 sentyabr 2020-ci il tarixdən başlayaraq 25 iyul 2013-cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment X2 ödənilməlidir. Maddi çətinlik ucbatından, qeyd edilən icra vərəqəsi üzrə borcunu tam ödəyə bilmir. Hal-hazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Borclu Şəxs, Göygöl rayon Məhkəməsinin 25 yanvar 2021ci il tarixli, 2(066)-116/2021 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 24 sentyabr 2020-ci il tarixdən başlayaraq 25 iyul 2013-cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment X2 ödənilməlidir. Qeyd edilən icra sənədi 25 yanvar 2021-ci il tarixdə şöbəyə daxil olduqdan sonra vaxtında borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıqlar göndərilmişdir. Borclu Şəxs heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnamələrinin icrasından qəsdən boyun qaçırmaqla qeyd edilən icra sənədləri üzrə borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İnzibati materiala əlavə edilmiş Göygöl rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-116/2021 saylı qətnaməsinə və icra vərəqəsindən məlum olur ki, borclu Şəxs 24 sentyabr 2020-ci il tarixdən başlayaraq 2013-cü il təvəllüdlü X4 və 12 noyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment X2 ödəməlidir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, qeyd edilən məhkəmə qətnaməsinin, icra sənədinin icra olunması məqsədilə borcluya “tələbin könüllü icrası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmiş, izahatı alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 07 sentyabr 2024-cü il tarixdən, saat 21:25-dan hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-337/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-337/2024
08.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver