Məhkəmə qərarları › İş №3(066)-338/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-338/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-338/2024 10.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Kəlbəcər rayonu, Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında təsərüffat müdiri vəzifəsində işləyən, məhkum olunmamış, Kəlbəcər rayonu, Çopurlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin ünvanına nalayiq ifadələr işlətmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin ünvanına qeyri-etik ifadələr ünvanlaması ilə bağlı daxil olmuş materialın icrası ilə əlaqədar Şəxs işlədiyi Kəlbəcər Rayon Xəstəxanasının qarşısında onunla profilaktiki söhbətlər aparılmış və tərəflərindən Göygöl RPŞ-nə dəvət edilmişdir. Lakin, həmin vaxt Şəxs uca səslə polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı insanların diqqətini cəlb edib RPŞ-nə getməkdən imtina etmişdir. Yaranmış hüquq pozuntusu ilə bağlı Şəxs tərəflərindən nizam-intizama dəvət edilərək etdiyi əmələ son qoyması tələb olunmuşdur. Lakin, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozaraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin əraziyə kömək məqsədilə polis əməkdaşları dəvət olunmuşdur. Əlavə olaraq bildirdi ki, Şəxs xəstəxanada kütləyə əməl qoymadan qeyri etik ifadələr işlətdi. Onlar 3 nəfər getsələr də onu polis şöbəsinə gətirə bilməməişlər, bu səbəbdən əlavə qüvvə gəlmiş lakin Şəxs onların əlindən qaçaraq xəstəxanaya getmiş daha sonra isə onun səhəti ilə bağlı problem olması səbəbindən onu şöbəyə aparması mümükün olmamışdır. Göygöl RPŞ-də olarkən Şəxs səhəti ilə bağlı agressiv olması səbəbindən nalayiq ifadələr işlətməsini və qanunu tələblərə tabe olmamasını bildirmişdir. Onlara Şəxs xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin ünvanına qeyri-etik ifadələr ünvanlaması ilə bağlı məlumat daxil olmuşdur. Onlar Şəxs işlədiyi xəstəxanaya şəxsi avtomobilləri ilə yaxınlaşmışlar və həmin vaxt ona zəng vurmuşlar, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, Şəxs onların əlindən qaçaraq xəstəxanaya getmiş daha sonra isə onun səhəti ilə bağlı problem olması səbəbindən həmin vaxt onun barəsində protokol tərtib edilməsi mümkün olmamışdır. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilməsini, İXM 535.1-ci maddəsi ilə isə özünü təqsirli bilməməsini bildirərək ifadəsində göstərdi ki, idarə etdiyi avtomobilə cərimə yazılmışdır. Həmin cərimələr barədə məlumatlar başqa adamın telefon nömrəsinə göndərilmişdir. Həmin vaxt əsəbiləşdiyindən həmin cərimələrin rəylər bölməsinə nalayiq ifadələr yazmışdır. Bu səbəbdən üzr istəyir. Hazırda əməlindən peşimandır. xx.xx.2024-cü il tarixdə Kəlbəcər xəstəxanasının yanında olan çayçıda oturan zaman polis əməkdaşları ona zəng vurmuş və ona xəstəxananın qarşısına çıxmasını bildirmişlər. O bundan sonra xəstəxananın qarşısına çıxmış, həmin vaxt polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. O, polis əməkdaşlarına nə səbəbə şöbəyə getməsini bildirmişdir. Onu çəkişdirən zaman ürəyi sıxılmışdır. Təcili yardımla onu xəstəxanaya aparmışlar. O əsəbi olduğundan söyüş söymüşdür. Əlavə olaraq bildirdi ki, O avtomobilini texniki baxışdan keçirərkən öz nömrəsini vermişdir. Həmçinin avtomobil onun adınadır. Polis şöbəsindəki izahatında olan cavab mətnini o yazmışdır. O özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilir, xəstə olmasının nəzərə alınaraq cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid1 ifadəsində bildirdi ki, icraatda olan materialla bağlı Şəxs işlədiyi yerə yaxınlaşıb onu materialla tanış etmək və münasibətini öyrənmək istəmişlər. Şəxs yaxınlaşarkən dəfələrlə özülərini təqdim etmişlər, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymamış və ucadan nalayiq ifadələr işlətmişdir. O bununla bağlı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, onlar Şəxs işlədiyi yerə xx.xx.2024-cü il tarixdə getmişlər və icraatda olan materialla bağlı onun izahatını almaq üçün şöbəyə dəvət etmişlər, özlərini təqdim etsələr də Şəxs onlara məhəl qoymadan ucadan nalayiq ifadələr işlədərək, onların qanuni tələlərinə məhəl qoymadan mübahisə yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Şahid2 ifadəsində bildirdi ki, icraatda olan materialla bağlı Şəxs işlədiyi yerə yaxınlaşıb onu materialla tanış etmək və onu polis şöbəsinə dəvət etmək istəmişlər. Şəxs yaxınlaşarkən dəfələrlə özülərini təqdim etmişlər, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymamış və ucadan nalayiq ifadələr işlətmişdir. Onlar onu nizam intizama dəvət etsələrdə o polisin qanuni tələblərinə məhəl qoymadı. Şəxs səhətində olan problem səbəbindən onu şöbəyə apara bilməmişlər. Əlavə olaraq bildirdi ki, onlar Şəxs işlədiyi yerə xx.xx.2024-cü il tarixdə getmişlər və icraatda olan materialla bağlı onun izahatını almaq üçün şöbəyə dəvət etmişlər, özlərini təqdim etsələr də Şəxs onlara məhəl qoymadan ucadan nalayiq ifadələr işlədərək, onların qanuni tələlərinə məhəl qoymadan mübahisə yaratmışdır. Onlar Şəxs işlədiyi yerə 3 nəfər getmişlər. Onlar gedəndə saat 11 radələri olmuşdur. Onlar onu materialla bağlı izahat verməsini izah etmələrinə baxmayaraq, Şəxs heç bir səbəb göstərmədən getmədiyini və narazılıq edərək nə üçün getməsini bildirmiş, daha sonra isə ucadan nalayiq ifadələr işlətmiş və polis şöbəsinə gəlmək istəmədi. Onun səhətində problem yaranmasından onun şöbəyə gətirilməsi mümkün olmadı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxışında göstərdi ki, Şəxs Baş Dövlət Yol Polis İdarəsinin ünvanına qeyri-etik ifadələr ünvanlansa da onun barəsində olan material üzrə onu Polis Şöbəsinə bildirişlə dəvət olunmalı idi. Həmçinin Şəxs işlədiyi yerə yaxınlaşıb onun işlədiyi orqanın müdiriyyətinə məlumat vermədən onu polis şöbəsinə çağırmaları düzgün deyil, həmçinin polis ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən Şəxs nalayiq ifadələr işlətmişdir. O özünü İXM-nin 510-cü maddəsi ilə təqsirli bilir, lakin polisə tabesizlik olmamışdır. Hazırda Şəxs xəstəxanada müalicə almasına baxmayaraq, bu gün polis şöbəsinə könüllü getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəstə olmasının nəzərə alınaraq cərimə növündə cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş ******* saylı əmək qabiliyyətinin olmaması barədə GŞBX PHŞ Kardoloji Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə dək işdən azad edilmişdir. İşdə olan CD diskdə olan görüntülərədən görünür ki, Şəxs işlədiyi Kəlbəcər Rayon Xəstəxanasının qarşısında polis əməkdaşlar tərəfindən Göygöl RPŞ-nə dəvət edilmişdir. Lakin, həmin vaxt Şəxs uca səslə polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı insanların diqqətini cəlb edib RPŞ-nə getməkdən imtina etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidlərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddələrin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadəsi və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, xırda xuliqanlıq etmişdir. Bununla da İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, xəstə olmasını və hazırda müalicədə olmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, onun ürək xəstəliyindən əziyyət çəkməklə hazırda müalicə almasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar