Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-341/2024 12.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, 25 mart 1993-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl şəhəri Tağıyev küçəsi ev 4-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində Göygöl şəhəri Tağıyev küçəsində qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı onların bədənin müxtəlif yerlərinə əli ilə vuraraq onlara dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirərək sonuncunu döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş sağlamlıq əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 12 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 24 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində Göygöl şəhəri Tağıyev küçəsində qonşusu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, həmin vaxtı o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 biri-birilərinin bədənin müxtəlif yerlərinə əli ilə vuraraq onları döymüşdür. Hal-hazırda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 vermiş olduğu izahatında göstərdi ki, 24 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində Göygöl şəhəri Tağıyev küçəsində qonşusu o və anası Zərərçəkmiş şəxs2 ilə qonşuları Şəxs aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, həmin vaxtı o və Şəxs biri-birilərinin bədənin müxtəlif yerlərinə əli ilə vuraraq xəsarət yetirmişlər. Hal-hazırda qonşusu Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə yazılı ərizə təqdim edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verməklə, göstərdi ki, hal-hazırda qonşusu Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu və 53.0.9-cu maddələrinə əsasən inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışlar və zərərçəkmiş şəxslərin ona qarşı şikayəti yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-341/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-341/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver