Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-343/2023 18.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 18 avqust 2023-ci il tarixdə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə «BMW 528İ Minik» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» qanunun tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 50 (əlli) manat miqdarında cərimə olunması barədə EQ 10331694 nömrəli qərar çıxarılmışdır. Lakin, Şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokola əsasən Şəxs inzibati xətanın törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyası həddində, yəni nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115-117-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-343/2023 29 avqust 2023-cü il BDYP-nin Gəncə RQİ və TBŞ-nə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-343/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti sürücülük hüququndan məhdudlaşdırılmaya aid hissədə icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti « » vərəqə Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №3(066)-343/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-343/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver