Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-343/2024 13.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin inzibati binasının qarşısında xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs barəsində əvvəlcədə İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, Şəxs dəfələrlə DİN-nin 102 xidmətinə zəng edib, xidmətin və operatorların ünvanına təhqiredici ifadələr işlətmiş, bununla bağlı tərəflərinədn izahatının alınması üçün o, Göygöl RPŞ-nə dəvət edilmiş həmin vaxt o, Göygöl RPŞ-nin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. Əlavə olaraq bildirdi ki, Şəxs əvvəllərdə dəfələrlə inzibati xəta törətmiş və DİN-nin 102 xidmətinə zəng edib onları təhqir edərək, dövlət orqanının iş prinsiplərini pozmuşdur. Həmçinin Şəxs DİN-nin 102 xidmətinə müraciətinə əsasən onun yaşadığı ünvana Gööygöl RPŞ-nin CAB-nin rəisinin rəhbərliyi ilə əməliyyat qurupu getmiş, həmin vaxt Şəxs içkili olmuş və onun ünvanına gəlmiş polisləri söyərək təhqir etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12-13 gün əvvəl onun qızı qaçırılmışdır. Belə ki, onun yoldaşı və qızı ona saat 17-18 radələrində qaza pul vurmaq üçün getmələrini bildirib getmişlər, o isə evdə qalıb uzanmış, axşam saat 20-21 radələrində o yoldaşına və qızına zəng vurmuş, lakin onun yoldaşı və qızı onun telefonunu açmamışdır. Bundan sonra o qonşunun telefonu ilə zəng vurmuş bu zaman telefonu arvadı açmış, o ondan harda olmasını soruşduqda arvadı ona qızını apardıqlarını bildirmişdir. O bundan sonra bu haqqda gedib Göygöl RPŞ-nə məlumat vermiş və geri qayıtmışdır. Bundan sonra o arvadına bir daha zəng vurmuş, lakin yenə arvadı onun telefonunu açmamışdır. Bu səbəbdən o əsəbləşmiş və hövsələdən çıxaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur, həmin vaxt narazılıq etmiş lakin söyünc etməmişdir. Qızı nişanlı olmuş və öz nişanlısına qoşulub qaçmışdır. O polis şöbəsinə gələndə söyünc söyməmişdir. Ola bilər ki, əsəbi olmuş və bilmədən söyünc söymüşdür. Əlavə olaraq bildirdi ki, hazırda tək yaşayır. Qeydə alınmış əlilliyi və xəstəliyi yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid ifadəsində göstərdi ki, onun Şəxs ilə heç bir qoumluq əlaqələri və ədavəti yoxdur. Şəxs Göygöl şəhərində yaşayır və o dəfələrlə içkili şəkildə DİN-nin 102 xidmətinə zəng vurmuş və ordakı operatorları təhqir etmiş, həmçinin əvvəllərdə o dəfələrlə ictimai qaydaları pozmuş və eyni səbəblərdən onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin onun DİN-nin 102 xidmətinə zəng vuraraq, xidmətin və operatorların ünvanına təhqiredici ifadələr işlətməsi ilə bağlı izahatı alınması tələb olunan zaman o, təkrarən polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı tərəflərindən izahatının alınması üçün o, Göygöl RPŞ-nə dəvət edilmiş həmin vaxt o, Göygöl RPŞ-nin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. İşdə olan CD diskdə olan səs yazısından görünür ki Şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq, xidmətin və operatorların ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(066)-52/2022 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs tənbehi tətbiq edilməsi, həbs etmənin əvvəlinin 19 yanvar 2022-ci il tarixdən, saat 22:55dən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(066)-110/2022 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib, barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi və Şəxs barəsində seçilmiş inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbiri olan inzibati qaydada tutma tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(066)-350/2022 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbehi tətbiq edilməsi, həbs etmənin əvvəlinin 11 oktyabr 2022-ci il tarixdən, saat 00:30dan hesablanması qərara alınmışdır. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahid ifadələri, iş materiallarına əlavə edilmiş CD disk və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini, onun əvvəllərdə dəfələrlə inzibati tənbeh edilməsini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan inzibаti həbs növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməlidır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərаrın icrаsı Göygöl RPŞ-nin X3 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-343/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-343/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver