Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-348/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkarlar Məmmədova (Qəhramanova) Arifə Oruc qızının, Qəhramanova (Əsgərova) Elnarə Mehman qızının, Ələkbərova (Qəhrəmanova) Aytən Mehman qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Pirsultan” kiçik müəssisəsində fəhlə-sənətkar işləyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olan və Göygöl rayonu, Yeni Qızılca (Bəhrəmbəy) kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-90/2023 saylı qətnaməsinə əsasən Şəxs tələbkarlara məxsus zəbt etdiyi 0,07 ha torpaq sahəsindən çıxarılması və Şəxs inşa etdiyi tikililərin zəbt etdiyi 0,07 ha torpaq sahəsinə düşən hissələrinin öz hesabına sökülməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilməsinə baxmayaraq borclu həmin torpaq sahəsinin özünə məxsus olduğunu, zəbt etmədiyini bildirərək qərarın icrasından yayınır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, tələbin könüllü icrası barədə bildirişi almış, icra sənədindən məlumatı olmuşdur. O, tələbkarlara həmin torpağın dəyərini ödəməsi barədə dəfələrlə təklif etmiş, lakin tələbkarlar onunla razılıq əldə etmək istəmirlər. O, razılıq əldə ediləcəyini ümid etdiyi üçün icra sənədini icra etməmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra o tələbkarlara 3000 (üç min) manat pul ödəmiş və onlarla razılığa gəlmiş, həmin məbləği tələbkarlara ödəmişdir. Hazırda tələbkarların ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarlar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Ələkbərova (Qəhrəmanova) Aytən Mehman qızı izahatlarında bildirdilər ki, Şəxs onlara məxsus torpaq sahəsini zəbt etmişdir. Şəxs onlara məxsus zəbt etdiyi 0,07 ha torpaq sahəsindən çıxmalı və onun inşa etdiyi tikililərin zəbt etdiyi 0,07 ha torpaq sahəsinə düşən hissələri öz hesabına sökülməlidir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra Şəxs onlara 3000 (üç min) manat pul ödəmiş və onlarla razılığa gəlmişdir. Hazırda onların Şəxs heç bir şikayət və tələbləri yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2024-cü il tarixli MN ******* protokol inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(104)-90/2023 saylı qətnaməsinə əsasən Şəxs tələbkarlara məxsus zəbt etdiyi 0,07 ha torpaq sahəsindən çıxarılması və Şəxs inşa etdiyi tikililərin zəbt etdiyi 0,07 ha torpaq sahəsinə düşən hissələrinin öz hesabına sökülməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Tələbkarlar borclunun borcunu tam ödəməsini bildirərək inzibati işə xitam verilməsini xahiş etmişlər. İşdə olan tələbkarlar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Ələkbərova (Qəhrəmanova) Aytən Mehman qızı tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs zəbt etdiyi 0.07 ha torpaq sahəsindən çıxarılması ilə bağlı aralarında razılıq əldə etmişlər və Şəxs zəbt etdiyi 0.07 ha torpaq sahəsinə görə onlara 3000 (üç min) manat pul ödəmişdir. Onların Şəxs heç bir şikayət və tələbləri yoxdur və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, tələbkarlara məxsus zəbt etdiyi 0.07 ha torpaq sahəsinə görə Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Ələkbərova (Qəhrəmanova) Aytən Mehman qızı ilə aralarında razılığa gəlmişlər və həmin torpaq sahəsinə görə onlara 3000 (üç min) manat ödəniş etmişdir. Tələbkarların ondan heç bir şikayət və tələbi olmadığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu tələbkarlara razılıq əldə etmişdir. Belə ki, hazırda tələbkarların borcluya qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-147/2024 xx.xx.2024-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Surəti: Şəxs Göygöl rayonu, Yeni Qızılca kəndi Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızına Daşkəsən rayonu Bayan kəndi Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızına Daşkəsən rayonu Bayan kəndi Ələkbərova (Qəhrəmanova) Aytən Mehman qızı Göygöl şəhəri Mehmandarov küçəsi 2 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cüil tarixli, 3(066)-147/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “ ” səhifə. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-348/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-348/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver