Məhkəmə qərarları › İş №3(066)-352/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-352/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-352/2023 21.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, evli, Gəncə şəhəri, Teymur Məmmədhəsənov küçəsi, ev 12də yaşayan Şəxs (AA 2491000) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 21:00 radələrində Şəxs Göygöl şəhəri ərazisində yerləşən "Böyük İsgəndər" restoranından çıxaraq Gəncə şəhərinə getmək məqsədi ilə etibarnamə ilə idarə etdiyi, qardaşı X3 məxsus "KİA CEED" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Gəncə şəhərinə gedərkən Göygöl şəhəri, A.Hacıyev küçəsi ilə yolun 1-ci hərəkət zolağında hərəkətdə olan zaman həmin zolaqda dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz-2101" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili keçmək üçün yolun 2-ci hərəkət zolağına çıxmaq istədikdə 2-ci hərəkət zolağında arxadan nəqliyyat vasitəsinin gəldiyini görmüş və bu zaman Şəxs həmin avtomobilin qəza etməməsi üçün idarə etdiyi avtomobili yolun 1-ci hərəkət zolağına hərəkət etdirdikdə idarə etdiyi avtomobil həmin yolun 1-ci hərəkət zolağında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz-2101" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobolinin arxa hissə ilə toqquşmuş və nəticədə qarşı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ gicgah nahiyyəsinin yarası, bel nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2023- cü il tarixdə saat 21:00 radələrində Şəxs Göygöl şəhəri ərazisində yerləşən "Böyük İsgəndər" restoranından çıxaraq Gəncə şəhərinə getmək məqsədi ilə etibarnamə ilə idarə etdiyi, qardaşı X3 məxsus "KİA CEED" markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Gəncə şəhərinə gedərkən Göygöl şəhəri, A.Hacıyev küçəsi ilə yolun 1-ci hərəkət zolağında hərəkətdə olan zaman həmin zolaqda dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz-2101" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili keçmək üçün yolun 2-ci hərəkət zolağına çıxmaq istədikdə 2-ci hərəkət zolağında arxadan nəqliyyat vasitəsinin gəldiyini görmüş və bu zaman Şəxs həmin avtomobilin qəza etməməsi üçün idarə etdiyi avtomobili yolun 1-ci hərəkət zolağına hərəkət etdirdikdə idarə etdiyi avtomobil həmin yolun 1-ci hərəkət zolağında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz-2101" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobolinin arxa hissə ilə toqquşmuş və nəticədə qarşı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ gicgah nahiyyəsinin yarası, bel nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlnması rədd edilmiş və onun barəsində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00-da idarə etdiyi “Kia ceed minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində üç yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərk, bаrəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-352/2023 «21» avqust 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova Şəxs (Gəncə şəhəri, Teymur Məmmədhəsənov küçəsi, ev 12) Göygöl Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 3(066)-352/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar