Məhkəmə qərarları › İş №3(066)-352/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-352/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-352/2025 18.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8-ci maddəsi ilə xx.xx.2025ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib edən Göygöl rayonu YNH inspektoru polis baş leytenantı Nümayəndə izahatında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 07.50 radələrində Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs ona məxsus olan idarə etdiyi Mersedes Benz 208D markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu A.Hacıyev küçəsində Gəncə şəhəri istiqamətində, Göygöl RMX-nın qarşısında hərəkətdə olarkən anidən hərəkət zolağını dəyişərək manevr qaydalarını pozmuş və Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Santafe markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin önünə keçməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi 208D markalı **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs ehtiyatsızlığı səbəbi ilə baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Zərərçəkmişə dəyən zərər inzibati xəta törədən şəxsin sığortası tərəfindən ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf edərək izahatında göstərdi ki, “Mercedes Mikroavtobus" markalı ** OR *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. xx.xx.2025-ci il tarixdə yuxarıda qeyd olunan avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsində Göygöl rayonu Mərkəzi Xəstəxanası istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Həmin vaxt hava yağışlı olduğu üçün yollar su olmuş, Göygöl rayon Mərkəzi Xəstəxananın qarşısına çatan zaman yolda gölməçə olduğunu və yolun kənarında insanların hərəkət etdiklərini görmüşdür. O, gölməçədəki suyu ətrafdakı şəxslərə sıçratmamaq məqsədilə nəqliyyat vasitəsinin hərəkət istiqamətini sağ zolaqdan sol zolağa dəyişmiş, gölməçəni keçdikdən sonra xəstəxananın qarşısında, yolun sağ çiynində yerləşən dayanacaqda dayanmaq üçün maşının hərəkət istiqamətini yenidən sol zolaqdan sağ zolağa dəyişmişdir. Hərəkət zolağını dəyişməmişdən oncə sağa dönmə işığını yandırmış və güzgüdən arxadan nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini yoxlamışdır. Ancaq hava yağışlı olduğundan güzgünün görmə effekti zəif olmuş və arxadan gələn nəqliyyat vasitəsini görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan: Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yaşayır, ailəlidir, 31 nömrəli sərnişindaşıma xəttində sürücü işləyir izahat verməsinin səbəbi ona tam aydındır. Bildirmişdir ki, “Mercedes Mikroavtobus" markalı ** OR *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. B,C,D kateqoriyalı BC130138 nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə yuxarıda qeyd olunan avtomobillə Göygöl şəhəri A.Hacıyev küçəsində Göygöl rayonu Mərkəzi Xəstəxanası istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Həmin vaxt hava yağışlı olduğu üçün yollar su olmuş, Göygöl rayon Mərkəzi Xəstəxananın qarşısına çatan zaman yolda gölməçə olduğunu və yolun kənarında insanların hərəkət etdiklərini görmüşdür. O, gölməçədəki suyu ətrafdakı şəxslərə sıçratmamaq məqsədilə nəqliyyat vasitəsinin hərəkət istiqamətini sağ zolaqdan sol zolağa dəyişmiş, gölməçəni keçdikdən sonra xəstəxananın qarşısında, yolun sağ çiynində yerləşən dayanacaqda dayanmaq üçün maşının hərəkət istiqamətini yenidən sol zolaqdan sağ zolağa dəyişmişdir. Hərəkət zolağını dəyişməmişdən oncə sağa dönmə işığını yandırmış və güzgüdən arxadan nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini yoxlamışdır. Ancaq hava yağışlı olduğundan güzgünün görmə effekti zəif olmuş və arxadan gələn nəqliyyat vasitəsini görməmişdir. O, hərəkət istiqamətini sağ zolağa dəyişən kimi arxadan gələn “Hunday Santafe’’ markalı nəqliyyat vasitəsi onun idarə etdiyi nəqliyyat vasitəsinin ön sağ tərəfinə çırpılmış, zərbədən onun idarə etdiyi nəqliyyat vasitəsi sol zolağa çıxaraq aşmış, daha sonra o, maşından çıxan zaman digər nəqliyyat vasitəsinin də bir qədər qabaqda dayandığını görmüşdür. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Gəncə şəhər, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yaşayır, subaydır, rəsmi olaraq “AL Market" MMCdə müdir müavini vəzifəsində işləyir, izahat verməsinin səbəbi ona tam aydındır. Bildirmişdir ki, “Hunday Santafe” markalı ** EM *** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. BC kateqoriyalı, AE119547 nömrəli sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə yuxarıda qeyd olunan avtomobillə Göygöl şəhəri M.C.Paşayev küçəsində Göygöl rayonu Mərkəzi Xəstəxanası istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olan zaman ondan öndə “Mersedes” markalı "31" nömrəli sərnişin daşıma avtobusu xəstəxana istiqamətində sağ zolaqla hərəkətdə olmuşdur. O, xəstəxananın qarşısına çatan zaman ondan öndə hərəkətdə olan avtobus dönmə işığından istifadə etmədən ani olaraq hərəkətini sol zolaqdan sağ zolağa dəyişmişdir. O, artıq həmin avtobusun sağ tərəfində olduğu üçün avtomaşını saxlamaq imkanı olmamış və nəticədə avtobusa çırpılmışdır. Toqquşmadan sonra avtobus yolun sol istiqamətinə çıxaraq aşmış, o, isə təxminən 30-40 metr sonra yolun hərəkət hissəsində dayana bilmişdir. Material üzrə izahatı alınmış X3 bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır, ailəlidir, rəsmi olaraq heç bir yerdə işləmir, izahat verməsinin səbəbi ona tam aydındır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 07.40 radələrində Göygöl şəhərində ümumi istifadədə olan ictimai nəqliyyat vasitəsinə sərnişin qismində minmiş, bır qədər getdikdən sonra təxminən Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığına çatan zaman nəqliyyat vasitəsi anidən olaraq aşmışdır. O, ilk öncə nə baş verdiyini başa düşə bilməmiş, ancaq avtobusdan çıxdıqdan sonra avtobusun aşdığını və təxminən 30-35 metr qabaqda isə ağ rəngli minik avtomobilinin dayandığını görmüş və bundan sonra avto qəza baş verdiyini bilmişdir. Heç bir xəsarəti olmadığı uçün tibbi ekspertiza müayinəsindən keçmək istəmir. Material üzrə izahatı alınmış X2, X3 ilə eyni məzmunlu izahat verərək qeyd olunan xüsusatları təsdiqləmişdir. Heç bir xəsarəti olmadığı üçün tibbi ekspertiza müayinəsindən keçmək istəmir. xx.xx.2025-ci il tarixdə hadisə yerinə protokolundan görünür ki, hadisə yerinə baxış zamanı yol nəqliyyat hadisəsi Göygöl şəhəri, A.Hacıyev küçəsində, Gəncə şəhər istiqamətində, Göygöl RMX-nın yaxınlığında baş verməsi müəyyən edildi. Baxış zamanı hadisə yerindən iş uçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülmədi, ancaq "Təhlükəsiz şəhər" müşahidə kamerasından hadisənin baş vermə anının görüntüsü diskə köçürülərək toplanmış materiala əlavə edilmişdir. Baxış sutkanın birinci yarısı, təbii işıqlandırma şəraitində keçirildi, "Samsung" markalı rəqəmsal fotoaparatla şəkillər çəkildi, hadisə yerinin sxemi tərtib edildi. Araşdırma zamanı MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən daxil olmuş 21 aprel 2025-ci il tarixli 179 saylı ekspert rəyində Şəxs bədəni üzərində olan xəsarətlər - burun sümüyünün yerdəyişməyən qapalı sınığı, burun, sağ qaş və alın nahiyyələrinin sıyrıqları sağ gözün alt qapağının qançırı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Araşdırma zamanı MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən daxil olmuş 28 aprel 2025-ci il tarixli 199 saylı ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-sağ topuq oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi)- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Araşdırma dövründə xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi hallarının təqdiq edilməsi məqsədilə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş və rəy verilməsi üçün toplanmış materialla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13 İyun 2025-ci il tarixli 8/1093 nömrəli ekspert rəyində: 1.Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 208D markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Hyundai Santafe markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2025-ci il tarixli qərara əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-in 327.8 maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. BC130138 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək B, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar