Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-353/2025 18.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X9 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati protokol və materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X10 yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 31 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Göygöl rayonu A.Kazımov küçəsi 58-də yerləşən “Giləvar-2” restoranında diametri 110 mm olan içməli su xəttinə diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulmuşdur. Bununla da vəzifəli şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirib ki, Göygöl rayonu A.Kazımov küçəsi 58-də yerləşən “Giləvar-2” restoranının sahibkarıdır, VÖEN **********-dir. Həmin obyekt qardaşı X3 məxsusdur. İcarə müqaviləsi əsasında həmin obyektdə vergi uçotundadır. 2023-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Restoranın su sayğacı mövcuddur. Sayğac sistemdə restoranın əvvəlki sahibi Fariz adlı şəxsin adınadır. Təxminən 2025-ci ilin may ayının sonlarında sayğacda problem yarandığı üçün diametri 20 mm olan plastik boru ilə təxminən 10 metr məsafədən keçən diametri 110 mm olan plastik boruya qoşularaq sudan istifadə edib. Həmin xətdən təxminən 2 ay məişət və ağacların suvarılmasında istifadə edib. Monitorinq zamanı qanunsuz qoşulma aşkar edilib. Aşkar edilmiş pozuntu aradan qaldırılıb. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati materialda olan izahatını təsdiq etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 böyük məsləhətçi müfəttişi X13 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs Göygöl rayonu, A.Kazımov küçəsi 58-də yerləşən “Giləvar” restoranında diametri 110 mm olan içməli su xəttinə diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulmuşdur. İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0003 saylı sərəncamları əsasında Şəxs məxsus Göygöl rayonu, A.Kazımov küçəsi 58-də yerləşən “Giləvar-2” restoranında yoxlama həyata keçirilmiş, diametri 110 mm olan içməli su xəttinə diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulması aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemində yoxlama zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, Şəxs adına ********** nömrəli VÖEN qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət X10 X14 Xidməti Publik Hüquqi Şəxs Göygöl Rayon X8 İstismarı İdarəsinin 31 iyul 2025-ci il tarixli, 348 nömrəli məktubunda qeyd edilir ki, Şəxs qanunsuz hərəkərləri nəticəsində Göygöl X8 İsmismarı İdarəsinə “X12”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarının 4 nömrəli əlavəsinə əsasən 1 il ərzində 2052 kub metr olmaqla kommersiya təşkilatları üzrə tarif şurasının müəyyən etdiyi qaydada ( 1 kub metr=1 manat) 2052 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, vəzifəli şəxs olmasını nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-353/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-353/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver