Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-356/2024 25.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Göygöl rayonu, Çiçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024–cü il tarixdə Göygöl rayonu, Zurnabad kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs DİN-nin 102 çağrı xidmətinə məlumat verərək, Göygöl rayonu Zurnabad kəndində X5, Şəxs və X4 tərəfindən döyüldüyünü bildirmişdir. Göygöl RPŞ-nin təhqiqatçısı, Murad Xurşudov tərəfindən cinayət işinin başlanması rədd edilmiş, Göygöl rayonu Zurnabad kəndində yaşayan X5, Şəxs və X4 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Bundan sonra tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mübahisələri yaranmışdır. Həmin vaxt o əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs vurmuşdur. Törətdiyi əməldən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur bu barədə məhkəməyə ərizə təqdim edərək məhkəmədən barəsində inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, mübahisə olmamışdan bir neçə gün əvvəl o eşitmişdir ki, guya onun Turanın keçmiş həyat yoldaşı ilə yaxın münasibəti var. O mübahisədən bir gün əvvəl Turanla avtovağzalda təsadüfən rastlaşmış və ondan bu söz söhbətin nə olmasını soruşduqda. Turan ona danışarıq aydınlaşdırarıq demiş, bundan sonra çıxıb kəndə getmişlər. Həmin günün səhəri, yəni xx.xx.2024-cü il tarixdə Turandan xəbər çıxmadığına görə o, axşam Turana zəng vurub harada olduğunu soruşmuş, Turan isə evdə olduğunu demişdir. O bundan sonra Şaiq ilə Göygöl rayonu, Zurnabad kəndinə getmişdir. Onlar birinci Turanı qapılarından götürmüş, daha sonra Tofiq gəlmiş və onlar rayon istiqamətində hərəkətə başlamışlar. Zurnabad kəndindin çıxışında qəbirstanlıq deyilən ərazidə gecə saat 12 radələrində düşüb söhbət etməyə başlamışlar, bu zaman aralarında mübahisə yaranmış və Turan onu vurmuşdur. Hazırda Şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Göygöl Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin 20 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Göygöl rayonu Zurnabad kəndində yaşayan X5, X6 və X4 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, Zərərçəkmiş şəxs inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-356/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-356/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver