Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-357/2024 25.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Göygöl rayonu, Tülallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində polis əməkdaşı YPXnin inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bakı-Qazax avtomagistralında Şəxs “Shacman” markalı yük avtomobilini idarə edərkən, BDYP-nin inspektoru Şahid1 tərəfindən saxlanılmış və ona artıq yük daşıması ilə bağlı irad bildirərək, onun barəsində qanuni tədbir görüləcəyini və maşının duracağa qoyulmalı olmasını bildirmişdir. Həmin vaxt Şəxs idarə etdiyi “Shacman” markalı yük avtomobilinin sahibi Şahid2 zəng vuraraq onu Göygöl yazısı yazılmış əraziyə çağırmışdır. Həmin vaxt o avtomobilini yolun hərəkət hissəsində saxlamış və qəza vəziyyəti yaratmışdır. BDYP-nin inspektoru Şahid1 dəfələrlə onu nizam intizama dəvət etmiş və maşını duracağa qoyulmasını tələb edilməsinə baxmayaraq, Şəxs polisin iş prinsiplərini pozaraq onun qanuni tələblərinə məhəl qoymamış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra əraziyə getmiş PPX-əməkdaşları tərəfindən Göygöl RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o Göygöl rayonu, Yeni Qızılca kəndindən Bakı-Qazax magistral yoluna hərəktə olduğu zaman onun arxası ilə YPX avtomobili gəlmiş və o magistral yola çıxanda YPX avtomobili sayrışan işıqlarını yandırmış və onun maşını saxlamasını tələb etmişdir. YPX əməkdaşının saxla tələbindən sonra o idarə etdiyi “Shacman” markalı yük avtomobilini saxlamışdır. Həmin vaxt avtomobilin yük yerində daş olmuşdur. Yol polisi onun idarə etdiyi avtomobildə yük çox olmasını bildirmiş və avtomobilin duracağa qoyulmasını bildirmişdir. O avtomobilin sahibi olan Şahid2 məlumat verməli olmasını bildirmiş və Şahid2 zəng vuraraq bildirmişdir. Bundan sonra yol polis əməkdaşı onu avtomobillə sola sıxmış və bu səbəbdən o yük avtomobilini sola çəkmişdir. Yol polis əməkdaşı onun sağı ilə hərəkət etmişdir. Onlar bu qaydada Göygöl yazısı yazılmış yerə qədər getmişlər. Həmin yerə yük avtomobilinin sahibi yanında bir nəfərlə gəlmiş və yol polisi əməkdaşı ilə söhbət etməyə başamışdır. Lakin həmin vaxt onlar razılaşa bilmədikləri üçün yol polis əməkdaşı həmin vaxt ona yük avtomobilinin duracağa qoyulacağını və avtomobili idarə etməsini tələb etmişdir. Bundan sonra o avtomobillə 200 metr getmiş və avtomobil nasazlamışdır. Onun idarə etdiyi yük avtomobilinin elektrik sistemində problem olmuş və o avtomobildən düşərək avtomobilin yanına keçmək istəyən zaman yol polis əməkdaşı onun şalvarının remenindən tutub çəkmiş həmin vaxt o özünü saxlaya bilməmiş və polis əməkdaşına tərəf yıxılmış bu vaxt o və polis əməkdaşı yıxılmışdır. Həmin vaxt bunu görən Şahid2 nə məsələ olmasını bilmək üçün onların yanına gəlmiş, lakin onlar arasında mübahisə yaranmışdır. Bundan sonra ora gəlmiş PPX əməkdaşları onları post patrul avtomobili ilə şöbəyə gətirmişlər. Onun idarə etdiyi “Shacman” markalı yük avtomobili isə yolun ortasında qalmışdır. Onun idarə etdiyi avtomobilinin yanacağı bitməmişdir. Onun idarə etdiyi yük avtomobilini sürəti az olması səbəbindən onun avtomobili sönmüş, onun avtomobili çöldən işə salındığı üçün o düşərək avtomobilin yanına keçmək istəmişdir. O avtomobildən düşüb telefonu qulağında çıxıb getməmiş, o avtomobildən düşəndə telefonu avtomobildə qalmışdır. Hadisə yerinə onun müdiri Anar və Post Patrul avtomobili gələndək o yük avtomobilini işə salıb yolun hərəkət istiqamətindən çıxara bilməmişdir. Onun yük avtomobilinin problemi olması səbəbindən əlavə çöldə elektrik xətti götürülmüşdür. O avtomobildən düşüb çöldən yük avtomobilini işə salmaq istədikdə yol polisi onun şalvarının kəmər hissəsindən tutmuş, bu vaxt onlar yıxılmışdır. Sonra müdiri Anar gəlmiş və polislə mübahisə olması səbəbindən onları Polis Şöbəsinə aparmışlar. Onun avtomobilinin içəridən işə salınması mümkün olmadığından o avtomobili çöldən şunurla işə salır. Əlavə olaraq bildirdi ki, şahid olaraq polis əməkdaşı düzgün danışır. Hazırda əməlindən peşmandır, məhkəmədən cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 çıxışında, Şəxs idarə etdiyi avtomobilin nasaz olması səbəbindən yolun hərəkət istiqamətində saxladığını, daha sonra isə imkan olmadığı üçün çıxara bilməmiş, hazırda əməlindən peşimandır. Himayəsində iki nəfər uşağı vardır. İşləyir və ailəsini dolandırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BDYPİ-nin YPX Alayının Vİİİ X7 Xidməti polis baş serjantı Şahid1 ifadəsində bildirdi ki, Bakı-Qazax yolunun 361-ci kilometrliyindən 8 km əvvəldən xidmətdə olan zaman Şəxs idarə etdiyi avtomobilə saxla əmri verilmiş, bundan bir müddət sonra sürücü onun saxla əmrinə tabe olmuşdur. O sürücünün sənədlərini yoxlayıb, şəxsiyyətini müəyyən edib onu YPX-nin 723 nömrəli postuna yaxınlaşmasını və tərəziyə girməli olmasını bildirmişdir. Həmin vaxt Şəxs müdirinə zəng vurmuş və telefonu uzatmışdır. O, Şəxs müdirinin qabaqda olmasını və sürməsini tələb etmişdir. Şəxs hərəkətinə davam etmiş onlar diki qalxdıqda o sürücünün sağını tutmuş ki, birdən qəflətən o sağa dönüb rayona girər və onların inzibati ərazilərindən çıxar. Onlar hərəkət etdikdən sonra qarşıda onun idarə etdiyi avtomobilin sahibi gəlmiş orada mübahisə olduqdan sonra avtomobilin sahibi Şəxs getməsini bildirmişdir. Onlar hərəkətə başladıqdan 20 metr sonra Şəxs yük avtomobilini yolun hərəkət istiqamətində dayandırmışdır. O Şəxs səbəbini soruşduqda yanacağının bitməsini bildirmişdir. Yanacaq çəninə baxan zaman o orada yanacaq olmasını müəyyən etmiş və sürücüyə yanacaq olmasını bildirmiş və səbəb soruşduqda sürücü Şəxs onun sözlərinə əhəmiyyət vermədən telefonla danışmağa başlamış və onun bilmədiyini yük avtomobilinin sahibi ilə danışmasını bildirmiş və piyada getməyə başlamışdır. Bundan sonra o sürücü Şəxs yaxınlaşaraq getməməsini, yol polis avtomobilinə yaxınlaşmasını və yük avtomobilini yolun hərəkət istiqamətindən çıxarmasını polisin qanuni tələblərinə əməl etməsini bildirmiş və barəsində daha artıq məsuliyyət yaratmasını bildirmişdir. Həmin vaxt Şəxs yük avtomobilini yolun hərəkət istiqamətindən götürməmiş, Daşkəsəndə qızıl mədənində ağır yük avtomobillərini çıxaran evakuator oradan keçən zaman onun hadisə yerinə çağırdığı ekipajı tərəfindən saxladılmış və ondan yük avtomobilini çıxarmaq üçün yardım istənilmişdir. Bundan sonra həmin evukator yük avtomobilini qoşub yolun hərəkət istiqamətindən çıxararaq posta aparmışdır. Şəxs yük avtomobilinin elektrik sistemində problem olmasını ona bildirməmiş, yanacağının bitməsi səbəbindən avtomobilin dayandığını və işə düşməməsini bildirmişdir. Şəxs rəhbəri ona avtomobili yolun hərəkət hissəsindən çıxarmasını bildirməmişdir. O hadisə yerinə qədər 8 km məsəfəni problemsiz gəlmişdir. İlk dəfə sürücü Şəxs onun saxla əmrinə tabe olmamış və təxminən 3 km təqibdən sonra yük avtomobili saxlamışdır. Onlar arasında olan mübahisə 20 dəqiqə çəkmişdir. Şəxs yük avtomobilinin elektrik şəbəkəsindən əlavə xətt çəkmiş və gizli (secret) bölmə yaratmış bu səbəbdən avtomobil işə düşməmişdir. Bundan əvvəl də sürücü eyni hərəkəti etmiş, lakin əvvəlcə bu hadisə ilə rastlaşan yol polis əməkdaşı sabahsı gün postda olarkən həmin gizli (secret) yeri göstərmiş və oradan vuraraq həmin avtomobili işə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şəxs onun işçisidir. xx.xx.2024-cü il tarixdə axşam saat 10 radələrində sürücüsü Eldəniz ona zəng edərək yükünün artıq olduğundan yol polisinin onu saxlamasını bildirmişdir. O Göygöl yazısı yazılmış yerə gəlib yol polisi ilə danışıb cəriməni yerində ödəyib avtomobilin duracağa getməməsini istəmiş, lakin yol polisi ilə razılaşa bilməmişdir. Yol polisi onlara avtomobilin duracağa getməli olmasını bildirmiş, o isə getməlidirsə getsin demişdir. Bundan sonra onlar həmin yerdən təxminən 200 metr məsafə aralaşmışlar. O Qeysər adlı bir şəxslə dayanan zaman onlara PPX avtomobili yaxınlaşmış, həmin vaxt onlar söhbət edən zaman Qeysər ona onlara nə olduğunu demiş, həmin vaxt yol polisi və sürücü Şəxs yerə yıxılmışdır. Yol polisi ona avtomobili işə salmasını istəmiş, lakin sürücü yerdə olduğundan və o avtomobilin probleminin nə olmasını bilmədiyindən avtomobili işə sala bilməmiş, həmin vaxt mübahisə yarandığından PPX avtomobili onları Polis Şöbəsinə aparmışdır. O Şəxs idarə etdiyi avtomobildə gizli (secret) bölmə olmasını bilmir. O həmin atomobilə 3 ay qabaq baxış keçmişdir. Şəxs idarə etdiyi avtomobilin zamokunda problem olması səbəbindən təkərin üstünə əlavə xətt çəkilmiş və yük avtomobilinin oradan işə salınmasını bilmişdir. O dəfələrlə zamok almış lakin işləmədiyindən o Eldənizə əlavə xəttlə işlətməsini bildirmişdir. Mübahisə 3-5 dəqiqə çəkmiş, daha sonra PPX onu və Eldənizi maşına qoyub Polis Şöbəsinə gətirmişdir. O sürücüyə Göygöl yazısı yazılmış hissədə sürüb getməsini bildirmiş və təxminən 200 metr məsafə sonra avtomobil dayanmışdır. Şəxs avtomobili aparmaq imkanının olub-olmamasını bilmir. Yol polis əməkdaşları avtomobili yolun hərəkət hissəsindən çıxarmalarını istədikdə Eldəniz həmin vaxt qoy görüm necə edirəm xoddan düşdü dedi. O əsəbi olduqda unutqanlığı olur bu səbəbdən tam xatırlamır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqla, idarə etdiyi avtomobili duracağa getməməsi üçün yolun hərəkət hissəsində saxlamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon X4 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-357/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-357/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver