Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-358/2023 08.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs - Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə xx.xx.1989-cu ildə Xanlar rayonunun Qızılca kəndində doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan və yaşayan Şəxs (AA 1043249) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Göygöl rayon İcra və probasiya şöbəsində 08 avqust 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötəri ki, o, icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)- 1059/2020 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-616/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay təyin edilmiş cəmi 300 manat alimentin miqdarının artırılaraq hər ay cəmi 330 manat sabit pul məbləğində müəyyən edilərək X3 xeyrinə ödənilməlidir. İcra sənədləri qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş, xx.xx.2020-ci il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nicat Çıraqzadə tərəfindən Göygöl Rayon Məhkəməsinin 2(066)-1059/2020 saylı, xx.xx.2020-ci il tarixli və xx.xx.2023-cü il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru onun tərəfindən Göygöl Rayon Məhkəməsinin 2(066)-616/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədləri bir icraatda birləşdirilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməmiş və icra sənədi üzrə 3640 manatı tələbkarın xeyirinə ödəməkdən yayınmışdır. Borclu xx.xx.2023-cü il tarixdə Göygöl RİPŞ-yə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Borclu 2023-cü ilin may ayında 800 manat, iyun ayında 400 manat, iyul ayında 1000 manat, bu gün isə 350 manat tələbkarın xeyirinə ödəniş etmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1059/2020 saylı və xx.xx.2023-cü il tarixli, 2(066)-616/2023 saylı icra sənədləri üzrə aliment borcunu ödəməkdən imtina etmir, aliment borcunu hər ay vaxtlıvaxtında ödəmişdir. 2023-cü ilin may ayında 800 manat, iyun ayında 400 manat, iyul ayında 1000 manat, bu gün isə 350 manat tələbkarın xeyirinə ödəniş etmişdir. Məhkəmənin qərarına qarşı qərəzli deyil, borcunu qaytarmaq istəyir, ancaq maddi vəziyyəti buna imkan vermir. Heç bir yerdə işləmir, buna baxmayaraq borcundan ödənişlər etmişdir. Hazırda heç bir gəliri və adına heç bir əmlak yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1059/2020 nömrəli icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-616/2023 nömrəli icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay təyin edilmiş cəmi 300 manat alimentin miqdarının artırılaraq hər ay cəmi 330 manat sabit pul məbləğində müəyyən edilərək X3 xeyrinə ödənilməlidir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1059/2020 nömrəli icra sənədinə əsasən hər ay cəmi 300 manat aliment alınaraq X3 xeyrinə verilməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(066)-616/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1059/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 300 manat alimentin miqddarının artırılaraq hər ay cəmi 330 manat sabit pul məbləğində müəyyən edilərək X3 xeyrinə ödənilməlidir. 2023-cü ilin iyul ayı daxil olmaqla 3640 manat aliment borcu yaranmışdır. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1059/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1059/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış aliment borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Göygöl RİPŞ-nin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-616/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs barəsində icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-616/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən irəli gələn öhdəlikləri, yəni icra sənədi üzrə yaranmış aliment borcunu könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1059/2020 saylı və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-616/2023 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1059/2020 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməsi və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-616/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay təyin edilmiş cəmi 300 manat alimentin miqdarının artırılaraq hər ay cəmi 330 manat sabit pul məbləğində müəyyən edilərək X3 xeyrinə ödənilməsi qət edilmiş, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş həmin icra sənədləri üzrə icraat başlanılmış, borcluya icra sənədlərinin könüllü icrası üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkara ümumilikdə 3640 manat borclu olmasını mübahisələndirmir, əksinə həmin borcu ödəməli olduğunu qəbul edir və borcunu ödəməyə söz verir. Bundan başqa borclu borcundan 2023-cü ilin may ayında 800 manat, iyun ayında 400 manat, iyul ayında 1000 manat, bu gün isə 350 manat tələbkarın xeyirinə ödəniş etmiş, həmçinin icra məmurunun izahatından görünür ki, borclu izahatında qeyd etdiyi kimi həqiqətən də borcundan ödənişlər etmişdir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, borclu hazırda heç bir yerdə işləmir və onun adına heç bir daşınmaz əmlak yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini maddi imkanı olmaması ilə əlaqələndirmiş, hər bir halda özünü təqsirli bilmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs bu günə qədər borcu ödəməməkdə heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-358/2023 «08» avqust 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Göygöl Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 3(066)-358/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-358/2023 «08» avqust 2023-cü il Şəxs ünvan: Göygöl rayonu, Qızılca kəndi X7 ünvan: Göygöl rayonu, Üçtəpə kəndi Göygöl Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 3(066)-358/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-358/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-358/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver