Məhkəmə qərarları › İş №3(066)-360/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-360/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-360/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Kəlbəcər rayonu, Çıraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Tövlədərə kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “VAZ- 21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl şəhəri, H.Əliyev prospektindən Göygöl rayonu Üçtəpə kəndi istiqamətində hərəkətdə olarkən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında hərəkətdə olan “İsuzu Baqolan” markalı, **-DH-*** nömrəli avtobusa, sonra isə yolun solunda hərəkətdə olan “Toyota Camry” markalı, **-SK-*** nömrəli avtomobilə dəymiş, həmin avtomobil isə zərbənin təsirindən əks yolda hərəkətdə olan “VAZ-2106” markalı **-DB-*** nömrəli avtomobilə dəymişdir. Araşdırma nəticəsində sürücü Şəxs avtomobili spirtli içki qəbul etmiş vəziyyətdə idarə etməsi, İXM-in 327.1 və 327.6-cı maddələrinin tələbini pozması nəticəsində, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə barəsində İXP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aiddiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inzibati xəta haqda protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs etibarnamə ilə idarə etdiyi “VAZ-21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Göygöl şəhəri, H.Əliyev prospektindən Göygöl rayonu Üçtəpə kəndi istiqamətində hərəkətdə olarkən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında hərəkətdə olan “İsuzu Baqolan” markalı, **-DH-*** nömrəli avtobusa, sonra isə yolun solunda hərəkətdə olan “Toyota Camry” markalı, **-SK-*** nömrəli avtomobilə dəymiş, həmin avtomobil isə zərbənin təsirindən əks yolda hərəkətdə olan “VAZ-2106” markalı **- DB-*** nömrəli avtomobilə dəymişdir. Sürücünü alkotester vasitəsilə yoxlayarkən spirtli içkinin təsiri altında avtomobil idarə etməsi müəyyən olunmuşdur. Avtoqəza zamanı avtomobillərə maddi zərər dəymiş olsa da, hadisə iştirakçılarının səhətinə zərər dəyməmişdir. Sürücünün sığortası vurulmuş zərəri ödəyəcəkdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o Göygöl şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra özünə məxsus idarə etdiyi VAZ-21063” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl şəhəri, H.Əliyev prospektindən Göygöl rayonu Üçtəpə kəndi istiqamətində hərəkətdə olarkən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında hərəkətdə olan “İsuzu Baqolan” markalı, **-DH-*** nömrəli avtobusa, sonra isə yolun solunda hərəkətdə olan “Toyota Camry” markalı, **-SK-*** nömrəli avtomobilə dəymiş, həmin avtomobil isə zərbənin təsirindən əks yolda hərəkətdə olan “VAZ-2106” markalı **-DB-*** nömrəli avtomobilə dəymişdir. Hadisə yerinə yol polisləri gəlmiş və onu müayinə edən zaman spirtli içki qəbul etməsi məlum olmuşdur. Əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri əsas gətirib məhkəmədən ona yüngül inzibati tənbeh növünün verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə iştirakçılarının səhətinə zərər dəyməmişdir, onun sığortası tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödəniləcəkdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyininin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokol ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati materiala əlavə edilmiş Göygöl RPŞ-nin DYPB-nin YNH-ri inspektoru, polis baş leytenantı Nümayəndə Rəfail oğlu tərəfindən tərtib edilmiş aktdan görünür ki, 26 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camri” markalı, **-SK-*** nömrəli, “İsuzu Baqolon” (avtobus) markalı, **-DH-*** nömrəli və “VAZ- 2106” markalı, **-DB-*** nömrəli avtomobillərə zərər dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Alkotester qəbzindən görünür ki, xx.xx.2024-cü ildə keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.310 promill olması müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirici hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı haldır. Eyni zamanda, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsindən zərər çəkmiş şəxsə izah edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində zərərçəkmişlərə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun əməlini etiraf etməklə peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,61,73,114,128-130-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar