Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-362/2024 30.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs ASC-nin (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı “Xanlar Mexanikləşdirmə ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP ******* nömrəli 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Mərkəzi Bankı 6-1-26/2-B-42- 10959/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə tələb edilən sənədləri (son üç il üzrə maliyyə hesabatlarını və səhmdarların ümumi yığıncaqlarının protokollarının sürətini, cəmiyyətin nizamnaməsini, səhmdarların reyestrini səhmdar Bəşir Bayramova təqdim edilməsi, səhmdar Bəşir Bayramovun ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka “Xanlar Mexanikləşdirmə ASC tərəfindən təqdim etməmiş, inzibati xəta hüquqi şəxsin ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Nəticədə “Xanlar Mexanikləşdirmə ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, onlar özlərini qismən təqsirli bilirlər. Onların tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankın bütün sorğularına cavab yazılmış, həmçinin sənədlər təqdim edilmişdir. Onlar bankın 6-1-26/2-B-42-10959/2024 saylı xx.xx.2024-cü il tarixli sorğusu ilə tələb edilən cavabı xx.xx.2024-cü il tarixdə vermişlər, elektron poçt ünvanına isə xx.xx.2024-cü il tarixdə cavab vermişlər. İkinci məktuba cavab isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Onların fəaliyyəti olmadığı üçün sənədləri göndərməmişlər. Əlavə olaraq bildirdi ki, onlar bankın 6-1-26/2-B-42-10959/2024 saylı xx.xx.2024-cü il tarixli sorğusunu xx.xx.2024-cü il tarixdə almışlar və ona cavab verildikdə ləğv olma protokolunu və səhmdarların reyesterini göndərmişlər. Onlar ASC-nin fəaliyyətinin dayandırması ilə bağlı dövlət orqanalarına məlumat verməmişlər, bununla bağlı protokol tərtib etmişlər. İlkin məhkəmə prosessindən sonra onlar sənədləri mərkəzi banka göndərmişlər və ASC-nin fəaliyyətinin dayandırılması ilə bağlı dövlət orqanına müraciət etmişlər. Məhkəmədən cərimə edilməmələrini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə onunn iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Xanlar Mexanikləşdirmə ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan X3 Mexanikləşdirmə ASC-nin idarə heyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99, 102.4-cü, 106-1.3.2-ci,106-2.3-cü və 107-6.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin fəaliyyətinin başa çatmış son 3 ili üzrə, 1.Cəmiyyətin Nizamnaməsinin və ona edilmiş dəyişikliklərin, 2.Cəmiyyətin səhmdarlarının reyestrlərinin,
3. Cəmiyyətin səhmdarlarının ümumi yığıncaqlarının protokollarının, 4. Cəmiyyətin kənar auditorunun rəylərini, illik maliyyə hesabatları və mühasibat balanslarının, 5. Cəmiyyətin İdarə Heyətinin, Müşahidə şurasının və Maliyyə -Təftiş komissiyasının hesabatlarının surətlərinin ona təqdim edilməsini tələb etmişdir. Bundan başqa Bəşir Bayramovun Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə heyətinin sədri T.Kazımova ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətdə Xanlar Mexanikləşdirmə ASC-nin müvafiq qanunvericiliyı müvafiq olaraq tələb etdiyi sənədləri ona tqdim etməyərək inzibati xəta törətdiyini göstərib, ASC-ni rəhbər orqanlarına qarşı qanunda nəzərdə tutulan cərimələrin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılar deportamentinin direktoru Murad Məmmədovun Şəxs ASC-yə ünvanladığı 6-1-26/2-B-42-10959/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda Bəşir Bayramovun 6-1/1-B-70xx-xx/2024 saylı 27 iyun 2024-cü il tarixli mürciətinə baxıldlğını, B.Bayramov müraciətində Xanlar Mexanikləşdirmə” ASC-nin son üç il üzrə maliyyə hesabatlarını, nuzamnaməsini, səhmdarların reyestrini, həmin illr üzrə keçirilmiş səhmdarlarım ümumi yığıncaqlarının protokollarının surətlərini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin həmin məlumat və sənədlərin ona təqdim edilməməsini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 102.-4cü, 106-1.3.2-ci,106-2.3-cü və 107-6.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq ildə bir dəfə onun illik hesabatı, maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin nizamnaməsinin, səhmdarların reyesterinin və protokolun surətinin ona təqdin edilməsini tələb etmək hüququna malikdir. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.1.9-cu maddələrinə müvafiq olaraq B,Bayramovun Şəxs ASC-nin fəliyyəti ilə tanış olması üçün şəraitin yaradıması, sənədlərin surətlərinin ona təqdim olunması və bu barədə 7 iş günü ərzində Mərkəzi Bankan məlumat verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılar deportamentinin direktoru Murad Məmmədovun Şəxs ASC-yə ünvanladığı 6-1-26/2-B-42-10959/2024 saylı xx.xx.2024-cü il tarixli məktub xx.xx.2024-cü il tarixdə Hacıyev tərəfindən imzalanmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş deportamentinin direktoru Murad Məmmədova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda depozitlər sistemində xx.xx.2024-cü il tarixinə X2 adına sorğuda qeyd edilmiş səhmdar cəmiyyətindən emitentin adlı Xanlar Mexanikləşdirmə ASC, səhmlərin miqdarı 16 ədəd, əqdin tarixi xx.xx.2019-cu il olmaqla səhmin mövcud olduğu göstərilmişdir. İstehlakçılarla iş deportamentinin Mərkəzi Bankın Baş direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli 6-1-26/3-8961/2024 sayli xidməti məktubunda Bəşir Bayramovun Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı sənədləri əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin həmin sənədlərin ona təqdim edilmədiyi, həmin məsələnin araşdırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən Şəxs ASC-yə 6-1-26/2-B-42-10959/2024 saylı xx.xx.2024-cü il tarixli göstəriş məktubu göndərildiyi, göstəriş məktubunda qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin səhmdar B,Bayramova təqdim edilməsi və bu barədə 7 iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunduğu, lakin tələb olunan məlumatların Mərkəzi Banka təqdim edilmədiyi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 102.-4-cü, 106-1.3.2-ci,106- 2.3-cü və 107-6.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq ildə bir dəfə onun illik hesabatı, maliyyə hesabatları ilə taniş olmaq, cəmiyyətin nizamnaməsinin,səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncağının protokolun surətinin ona təqdim edilməsini tələb etmək hüququna malik olduğu, əks halda "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdar edil diyi, lakin bu günə kimi cəmiyyət tərəfindən məlumat Mərkəzi Banka təqdim edilmədiyi göstərilmiş və hüquqi şəxs olan Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtibi məsələsinə baxılmasına dair Hüquq və təşkilati işlər deportamentinə göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın 6-1-26/2-B- 42-10959/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə tələb edilən sənədləri (son üç il üzrə maliyyə hesabatlarını və səhmdarların ümumi yığıncaqlarının protokollarının sürətini, cəmiyyətin nizamnaməsini, səhmdarların reyestrini səhmdar Bəşir Bayramova təqdim edilməsi, səhmdar Bəşir Bayramovun ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması) və bu barədə Mərkəzi Banka təqdim edilməsi məktubda göstərilmiş, qeyd edilən məktub “Xanlar Mexanikləşdirmə ASC tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, yeddi iş günü ərzində cavablandırılmalı olduğu halda xx.xx.2024-cü il tarixdək məktubun icrası təmin edilməmiş, bununla da Şəxs ASC-nin (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta təqsirin qəsd forması ilə törədilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh edilənlərə müvafiq olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC-nin İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə istinad edilən inzibati xətanın baş verməsində təqsiri sübuta yetdiyindən hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən Rəşad Mustafayev