Məhkəmə qərarları › İş №3(066)-363/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-363/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-363/2024 16.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Səttar Bəlulzadə küçəsi dalan 2 ev 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində sürücü Şəxs idarə etdiyi “Opel astra” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Yeni Zod kəndi ərazisində yolun döngə hissəsində manevr qaydalarını pozaraq beton maneəyə dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt sürücü X1 ehtiyatsızlığından manevr etmə qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Sürücü Şəxs öz ehtiyatsızlığından yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilində sərnişin olan öz qızı Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərə vurmaya aid bədən xəsarəti almışdır. Buna görə də İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs məhkəməyə ərizə təqdim edərək və özünü inizabti xəta haqqında iş üzrə təqsirli bilərək izahatında göstərdi ki, O etibarnamə əsasında “Opel astra” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. Onun avtomobili idarə etmək üçün AE 709126 nömrəli sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində arvadı X4 və qızı Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi "Opel astra" markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Goygol” milli parkına gedən zaman Göygöl rayonu Yeni Zod kəndi ərazisində sərt döngədə telefonu zaryatkaya qoymaq istəyən zaman diqqətsizlikdən idarəetməni itirmiş və yol kənarında olan beton tumbaya dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Əlavə olaraq bildirdi ki, o, yol nəqliyyat hadisəsini törədən zaman sərxoş olmamış, onun həmin vaxt yanında arvadı X4 və qızı Zərərçəkmiş şəxs olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı nə o, nə də arvadı Aynur xəsarət almamışdır, lakin qızı Nuray sağ boyun nahiyyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs onun qızıdır və onlar arasında heç bir narazılığı yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında atası Şəxs iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində atası Şəxs idarə etdiyi avtomobildə anası X4 ilə birlikdə Göygöl rayonu “Göygöl” milli parkına gedən zaman Göygöl rayonu Yeni Zod kəndi ərazisində sərt döngədə atası telefonu zaryatkaya qoymaq istəyən zaman diqqətsizlik etmiş və idarəetməni itirərək yol kənarında olan beton tumbaya dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı onun boynu qabaq oturacağının arxasına dəyərək sıyrılmışdır. Hazırda onun atasında heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta törədənə cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun, foto şəkillərin və sxemin surətlərindən görünür ki, yol nəqliyyat hadisəsi Göygöl rayonu Yeni Zod kəndi ərazisində yolda baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü asfalt örtükdən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuş, avtomobil yolunun asfalt örtüyünün səthi hamar olduğundan sürücülərin hərəkəti üçün heç bir maneə yoxdur. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Baxış zamanı müəyyən olundu ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 7 (yeddi) metrdir, hadisə yerində 11.76 metr tormoz izi vardır, baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bır əşya aşkar edilib götürülməmiş, baxış sutkanın gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş, “Samsung” markalı rəqəmsal fotoaparatla şəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının təsviri hissəsində “Sərxoşluq vəziyyətinin tibbi müayınəsi”-nin xx.xx.2024-cü il tarixli qəbzindən X2 “ayıq” vəziyyətdə olmasının müəyyən edildiyi göstərilmişdir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 453 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şışkınlıyı), alt çənə, sag körpücük nahiyyələrinin və döş qəfəsinin ön səthinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərə vurmaya aid edilir. İşdə olan AF709126 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və B,C kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1987-ci ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Abdullayev Rüstəm Telman oğlunun Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8 maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçun qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxs qızı olmaqla barışıq əldə etməsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar