Məhkəmə qərarları › İş №3(066)-369/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-369/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-369/2025 08.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon Prokuroru, baş ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən xx.xx.1984-cü il tarixdə Göygöl rayonu, Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Anar Kafe”nin mülkiyyətçisi, Göygöl rayonu Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması və baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda qeyd edilir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır, ona görə ki, Şəxs X7 ilə birlikdə şərikli olaraq işlətdikləri “Anar" Kafesində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyi pozaraq, yəni yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim etməyib, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməyib, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmuşdur. Bununla da onun tərəfindən İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş və Göygöl rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmaqdan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə izahat verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində heç bir inzibati xəta tərkibi olmadığı, həmin obyektə baxışın keçirildiyi və cərimə edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixdə qəbul olunmuş qərara əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Şahin Eyyubov tərəfindən Göygöl rayon prokuroru baş ədliyyə müşaviri cənab Rəsul Həsənova ünvanlanan qanunamüvafiq tədbirlərin görülməsi barədə məktubunda qeyd olunur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********2664 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarının icrası ilə bağlı olaraq 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Göygöl rayonu, Xəqani ünvanında fəaliyyət göstərən və Şəxs (VÖEN: **********) istifadəsində olan kafe (**********-76001) (Anarın kafesi) obyektində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı sahibkar Şəxs və X7 (Fin: 1WH1CSV) operativ vergi nəzarət tədbirinə maneçilik törətmiş, vergi orqanının nümayəndələrini hədələmiş və həmçinin şantaj etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs və X7 barəsində qanunamüvafiq tədbirlərin görülməsini təmin etməyi xahiş etmişdir. xx.xx.2025-ci il tarixli 12 Saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilir ki, Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********2664 saylı qərarına əsasən keçirilən operativ vergi nəzarəti zamanı Göygöl rayonu, Xaqani ünvanında yerləşən kafedə (**********-76001) (Anarın kafesi) əhali ilə nəğd pul hesablaşmalarının aparılması qaydası pozuldu, eyni zamanda 2 (iki) nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsi faktı aşkar edildi. Həmçinin təsərrüfat subyektində post-terminaldan istifadə edilməsi faktı aşkar edildi. Aşkar edilmiş faktlar 053773 saylı, 008154 saylı və 100794 saylı aktla rəsmiləşdirildi. Bununla belə operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi Şəxs (VÖEN:**********) obyektə aidiyyatı olmayan X7 dəvət etmişdir. Həmin şəxslə bərabər Şəxs vergi nəzarətçiləri tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirinə maneçilik törətməyə cəhd etmiş, onları hədələmiş və şantaj etmişdir. Belə ki, həmin şəxslər onlara böhtan ataraq qeyd etmişdirlər ki, guya onlar (X4 və X9) Şəxs rüşvət verməyini, verməyəcəyi halda isə cərimə yazılacağını bildirmişdir. Həmçinin operativ vergi nəzarəti tədbirini şəxsi telefonu ilə çəkmiş və çəkdiyi videonu müxtəlif sosial şəbəkələrdə paylaşaraq şantaj edəcəyini bildirmişdir. Həmin şəxslərin məqsədi onların qanuni fəaliyyətlərinə maneçilik törətmək və törətdiyi vergi hüquq pozuntusundan yayınmaq olmuşdur. Odur ki, həmin şəxslər Şəxs və X7 (Fin:1WH1CSV) barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********2664 nömrəli qərara əsasən operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış şəxslər (X4 və X9) vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları(sahələri) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətinə malikdir. Sahibkarlıq sahəsinə yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Şəxs məxsus obyektə (VÖEN **********) növbədənkənar operativ vergi nəzarəti həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş X9 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, 2022-ci il tarixdən vergi orqanlarında, 2023-cü il tarixdən isə hazırda tutduğu vəzifədə çalışır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergi Baş idarəsinin rəisinin rayon prokurorluğuna ünvanladığı müraciət onda olan məlumatlara əsaslanır. Belə ki, xx.xx.2025-ci il tarixdə o həmkarı Mətin Qulusoylu ilə bilrikdə xx.xx.2025-ci il tarixli **********2664 saylı qərar əsasında xidməti zərurətlə bağlı olaraq Goygol rayonu, Aşıqlı kəndində yerləşən Şəxs Xəqani oğluna məxsus “Anarın Kafesi” adı ilə tanınan restoranda yoxlama həyata keçirərək orada 5 nəfər işçidən 2 nəfərin əmək müqaviləsi olmadan həmin restoranda işlədiklərini müəyyən etdikləri uçun müvafiq akt tərtib olunaraq hər bir işçi üçün Şəxs 2.000 manat cərimə edilmiş, bundan başqa müştərilərə çek verilmədiyi üçün 1.000 manat olmaqla, ümumilikdə 5.000 manat cərimə edilmişdir. Həmin yoxlamaların gedişində Şəxs ona və həmkarına maneçilik törədərək yoxlamaya aid sənədlən onlara təqdim etməyib, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməmiş, təhrif olunmuş, yanlış məlumat verməklə, o cümlədən onları restoran ərazisindən çıxarmağa çalışmaqla müvafiq aktın tərtib olunmasına əngəl olmağa çalışmışdır. Şəxs bunun üçün öz qohumu X2 da kafenin ərazisinə dəvət edərək sonuncu ilə birlikdə onların qanuni fəaliyyətlərinə mane olmuş, sonuncu da Şəxslə birlikdə eyni əməlləri onlara qarşı törətməklə onlara böhtan ataraq guya kı, rüşvət qismində pul istədikləri barədə müxtəlif dövlət orqanlarına müraciət edəcəkləri ilə hədələmişdirlər. Bundan başqa Şəxs onların videosunu çəkərək müxtəlif sosial şəbəkədə rüşvətxor məmur adı ilə paylaşacağını demişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs və Emin Zeynalov onlardan hər hansı birinə hər hansı fiziki təsir və şiddət göstərmədikləri üçün hər hansı xəsarət almamışdırlar. Bundan başqa onlar əmrin tələbi əsasında videoçəkiliş ilə həmin restorana gedib müşahidə apardıqdan sonra qonaq kimi həmin restoranda əyləşmiş, ofisiant kimi onlara X8 qulluq etmiş və kətə bişirilən ocağın başında X3 dayanmışdı və hesab istəyən müştərilərin hesabını versə də, kassa çeki təqdim olunmadığını görmüşdürlər. Onlar öz xidməti vəsiqələrini və müvafiq əmri Şəxs təqdim edib onlara qulluq edən ofisiantın, kətə ocağında olan qadının əmək müqaviləsinin olub-olmamasını, o cümlədən hansı səbəbə kassa çeki vermədiyini Anardan soruşduqda,sonuncu onlara yalan danışaraq ofisiantın həmin kafedə işləmədiyini demişdir. Onlar isə Şəxs yalan danışmamağını, onlara qulluq edən şəxsin məhz həmin adam olduğunu və kafedə işləmədiyi halda nə üçun onlara qulluq etdiyini soruşduqda Anar həmin suala cavab tapa bilməmişdir. Daha sonra onlar kətə ocağında olan xanım işçinin əmək müqaviləsinin olub-olmamasını soruşduqda Anar Aytəni əmək müqaviləsi bağladığı başqa şəxs kimi təqdim etmiş, yoxlama zamanı ocaq başında aşkar olunan Aytən adlı xanımın əmək müqaviləsi bağlanmış xanım olmadığını müəyyən etmişdirlər. Şəxs və yanındakı Şəxs bu kimi maneçiliklərlə, o cümlədən onları restorandan çıxarmağa çalışmaqla qanuni fəaliyyətlərinə maneçilik yaratmışdır. Material üzrə izahatı alınmış X4 eyni məzmunlu izahat verərək X5 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şəxs Xaqanı oğlu izahatı alınarkən göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iki nəfər vergi əməkdaşı, adlarını sonradan bildiyi Mətin Qulusoylu və Rodi Cəfərov ona yaxınlaşaraq qərar və xidməti vəsiqələrini göstərərək işlətdiyi Anar kafedə yoxlanış keçirəcəklərini bildirmişdirlər. Aşıqlı kəndində yerləşən "Anar Kafe" ona məxsusdur və 10 ildir, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yuxarıda adları çəkilən əməkdaşlar ona yaxınlaşdıqdan sonra o, hər iki şəxsə kafedə yoxlama aparmaları üçün şərait yaratmışdır. Yoxlama zamanı isə 2 işçinin əmək müqaviləsi olmadığı uçun 4.000 manat, müştərilərə kassa çeki təqdim etmədiyi üçün isə 1.000 manat olmaqla ümumilikdə 5.000 manat məbləğində cərimə yazmışdırlar. Bundan sonra isə aralarında hər hansı söhbət olmadan çıxıb getmişdirlər. Material üzrə izahatı alınmış X7 qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə o, Anarı görmək üçün sonuncunun rayonun Aşıqlı kəndində işlətdiyi “Anar Kafe"-yə getmişdir. O həmin kafeyə çatdıqda Anarın iki kişi cinsli şəxslə söhbət etdiyini görüb onlara yaxınlaşdıqda həmin şəxslərin vergi əməkdaşı, adlarını sonradan bildiyi Mətin Qulusoylu və Rodi Cəfərov olduqlarını öyrənmişdir. Vergi işçiləri kafedə yoxlama aparmaları üçün Anar onlara şərait yaratmışdır. Yoxlama zamanı isə 2 işçinin əmək müqaviləsi olmadığı üçün 4.000 manat, müştərilərə kassa çeki təqdim etmədiyi üçün isə 1.000 manat olmaqla, ümumilikdə 5.000 manat məbləğində cərimə yazılmışdır. Bundan sonra isə aralarında hər hansı söhbət olmadan çıxıb getmişdirlər. O və qohumu Şəxs heç kimə hər hansı müqavimət göstərməmiş, kimisə şantaj etməmiş, böhtan atmamış, videosunu çəkməmiş və videonu yaymaqla hədələməmişdirlər. 30 iyul 2025-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərara əsasən Şəxs Xaqanı oğlu və X7 barəsində cinayət işinin başlanması rədd edilib. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində AR İXM 602.4-cü maddəsi ilə inzibati xəta haqqında icraata tərkib olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstinad edilən maddənin dispozisiyası alternativ tərkibli olmuş, qeyd edilən əməllərin hər hansı birinin törədilməsi inzibati xəta tərkibini yaradır. Hazırki halda barəsində inzibati icraat aparılmış Şəxs əməlində qeyd edilən maddənin təsir dairəsinə düşən hər hansı əməlin törədilməsinə dair mötəbər sübut təqdim edilməmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin müvafiq 3-21-2-18/2-72397/2025 nömrəli Göygöl rayon prokurorluğuna ünvanlanmış məktubunda, habelə, yoxlama həyata keçirən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının izahatlarında və tərtib etdikləri aktda məhz Şəxs AR İXM-nin 602.4-cü maddəsinin tələbini pozan hansı əməli törətməsi əks olunmamış, ümumi ifadələr işlədilərək yoxlamaya maneə yaradılması bildirilmişdir. Məhkəmə qeyd edir ki, iş materialından vergi yoxlaması məqsədi ilə sahibkarlıq obyektinə baxış keçirilməsi və nəticə olaraq 2 işçinin əmək müqaviləsi olmadığı üçün 4.000 manat, müştərilərə kassa çeki təqdim etmədiyi üçün isə 1.000 manat olmaqla, ümumilikdə 5.000 manat məbləğində cərimə edilməsi vergi yoxlamasının aparılması və bununla bağlı aşkar edilən hallara dair qanunvericiliklə müəyyən edilmiş tədbir görülməsini əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs Xəqani oğlunun AR İXM-nin 602.4-cü maddəsində qeyd edilən inzibati xəta tərkibi yaradan əməli törətməsi mötəbər sübutlarla sübuta yetirilməmişdir. Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 53, 106-115-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən:Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar