Məhkəmə qərarları › İş №3(066)-37/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-37/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-37/2024 30.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Ermənistan, Vardenis rayonu İnəkdağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Gəncə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 30 yanvar 2024cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2023-ci il tarixdə təxminən saat 22:00 radələrində Göygöl şəhəri Nizami küçəsi ev 9-da Şəxs, arvadı Zərərçəkmiş şəxs dərəcəsi təyyin edilməyən xəsarət yetirərək döymüşdür . Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə təxminən saat 22:00 radələrində Göygöl şəhəri Nizami küçəsi ev 9-da arvadı Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yarandığını və arvadına bir şillə vurduğunu bildirmişdir . Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs, həyat yoldaşı Şəxs tərəfindən boğularaq döydüyünü və hal hazıra əri ilə barışdığını, barışması barədə ərizə verdiyini, əri Şəxs şikayətçi olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göygöl rayon polis şöbəsinin təhqiqat bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibi başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs xəsarət yetirməklə döyməsi təsdiq edilmişdir. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin 3-cü bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 avqust 2004cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özündə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyə hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında müvafiq məsuliyyətinin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-37/2024 30 yanvar 2024-cü il Şəxs Göygöl rayonu Yeni Zod kəndi Zərərçəkmiş şəxs Göygöl rayonu Yeni Zod kəndi Göygöl rayon məhkəməsinin 3(066)-37/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəqə. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar