Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-371/2024 16.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İİİ qurup əlil, Daşkəsən rayonu, Gurbulaq kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan Şəxs barəsində Göygöl RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək material baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024–cü il tarixdə Göygöl rayonu, “Mal bazarı” adlanan yerdə qumar oynamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin İTB-nin rəsisi, polis kapitanı Şahid1 ilə Göygöl rayonu Mal bazarı adlanan yerdə xidmətdə olan zaman adları sonradan məlum olan X5, Şəxs, Şahid2 və X4 ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynamaları ilə bağlı avtomobilə yaxınlaşan zaman adları qeyd olunan şəxslərin nəqliyyat vasitəsinin daxilində əllərində qumar oynamaq üçün oyun kartaları və ortada pullar olması aşkar olunaraq götürülmüş və qeyd oluna faktla bağlı həmin şəxslər Göygöl RPŞ-nə gətirilərək barələrində İXM-nin 525-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin şəxslər PŞ-də olarkən pulla qumar oynamalarını, qonaqlıqdan qumar oynadıqlarını bildirdilər. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə törədilmiş inzbati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o xx.xx.2024-cü il tarixdə Göygöl rayonu “Mal bazarı” deyilən yerə heyvan və kartof satmağa getmişdir. Həmin vaxt o maşında X5, Şahid2 və X7 ilə oturmuşdur. O maşında arxada Elvinin arxasında oturmuşdur. Onlar 3 oyun durakı oynamışlar. Oyunu kimin udması yadında deyil. Durakı elə belə baş qatmaq üçün oynamışlar qonaqlıqdan oynamamışlar. Video görüntüdə olan pulun nə olmasını o, bilmir maşın sahibi bilir. Kartı hara qoyub oynamalarını bilmir. Kartın kimi almasını və pulun kimin olmasını bilmir. Yəqin ki, pul maşın sahibinin olmuşdur. Onlar durakını elə belə oynamışlar. Əlavə olaraq bildirdi ki, o bazara taksi ilə getmiş, digər şəxslərlə bazarda rastlaşmışdır. Onun heyvanlarını da həmin şəxslər gətirmişdir. Digər şəxslər bazara quzu gətirmişlər. O bazara iki meşok kartov və iki quzu aparmışdır. Onun üzərində pulu olmamış və o nəyinsə və ya hər hansı pulun qarşılığında qumar oynamamışdır. Ona durak oynamağı kimsə təklif etməmiş, onların hamısı bu qərara gəlmişdir. O digər şəxsləri uzun müddətdir ki, tanıyır. Şahid pulu ortadan qoltuq altının üzərindən götürmüşdür. Kartı pulun üstündə oynamışlar. Həmin vaxt pul altda olmuş kartı isə onun üzərində olmuşdur. O durakı oyanmış, lakin polis əməkdaşı onun əlindən oyun kartı götürməmiş maşından götürmüşdür. Onun əlində kart olmamış və pul olmamışdır. O udub oyundan çıxmışdır. Şahid2 düz danışır. Kasıb olduğundan cərimə edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin İTBnin rəisi, polis kapitanı Şahid1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mal bazarı” adlanan yerdə xidmətdə olan zaman ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynanması ilə bağlı ona məlumat gəlmiş, o məlumat əsasında həmin avtomobilə yaxınlaşmış və bu zaman məlumatın doğru olması, avtomobildə ortada oyun kartları və pul olması video çəkilişlə aşkar edilmiş. Həmin şəxslərdə nə etdikləri soruşulduqda onlar qumar oynamamalarını durakı oynamalarını bildirmişlər. Daha sonra həmin yerə Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X6 yaxınlaşmışdır. Həmin şəxslər Göygöl RPŞ-nə gətirilərkən etdikləri əməlin pozuntu olması və onları 3000 manat cərimə cəzası gözlədikləri bildirildikdə Şəxs 3000 manat azdır 8000 manat edin deyə bildirmişdir. Həmin şəxslər Göygöl RPŞ-nə gətirilmiş, şöbədə şəxsiyyətləri müəyyən olunmuş bundan sonra sənədləşdirilmə aparılmışdır. Əlavə olaraq bildirdi ki, o maşına yaxınlaşan zaman oradan 2 manat pulu ortadan götürmüşdür. Saxlanılan zaman qeyd olunan şəxslər qumar oynamamalarını, durakı oynamalarını və qonaqlıqdan oynamalarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, onun Şəxs ilə heç bir ədavəti və düşmənçəliyi yoxdur. Şəxs onun dostudur və onu uzun müddətdir ki, tanıyır. xx.xx.2024-cü il tarixdə onlar “mal bazarı” adlanan yerə satmaq üçün heyvan gətirmişlər. Həmin vaxt qumar oynamamışlar onlar Elnur Hüseynova məxsus avtomobildə sadəcə oturub söhbət etmişlər. O həmin vaxt Elnurun arxasında oturmuş, onun yanında Şəxs oturmuş onun qarşısında isə Elvin Musayev oturmuşdur. Saat təxminən 11 radələri olmuşdur. Boşluq olduğu üçün onlar kartdan durakı oynamışlar. Kartın kimin kartı olmasını və kim tərəfindən alınmasını bilmir. Onlar təxminən 3-4 oyun durakı oynamışlar. Elnur və o bir olmuş digərləri isə bir olmaqla onlar iki oturacağın arasında olan hissədə durakı oynamışlar, ehtiyyatda olan kartlar isə qoltuq altının üzərində olmuşdur. Onlar pulla kart oynamamışdır. Həmin vaxt onun cibində pulu olmamışdır və o 5-lik görməmişdir. Onlar oynuyan yerə polis əməkdaşları gəlmiş bundan sonra onlar oynamamışlar. Onlar puldan qumar oynamamış, qonaqlıqdan durakı oynamışlar. Uduzan komanda qonaqlıq verməli idi. Belə ki, yeyib-işmək və 0.7 mlq araq olan qonaqlıq verilməli idi. Yeyib-içməyi danışmamışlar, lakin uduzan komandanın 0.7 araq almalı olmasını və yeməyin hesabını verməli olmasını danışmışlar. Onların əlindən pul almamışlar, ortalıqdan pul götürmüşlər. Polis əməkdaşları avtomobilin qapsını açanda onun əlində pul və kart olmamışdır. Polis əmıkdaşları kartı və pulu ortadan götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 çıxışında göstərdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə törədilmiş inzbati xətada təqsirli bilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı inizabati iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan görüntülərdən görünür ki, X5, Şəxs, Şahid2 və X4 ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə əyləşmişlər, onların aralarında oyun kartları və pul əskinasları vardır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 21 ədəd oyun kartı və 2 manat pul vəsaitin müsadirə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qərarda oyun ləvazimatı olan 21 ədəd oyun kartı və 2 manat pul vəsaiti müsadirə edildiyindən, hazırki inzibati işdə bu hissəyə münasibət bildirilməməlidir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 21 ədəd oyun kartı və 2 manat pul vəsaitin müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-371/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-371/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver