Məhkəmə qərarları › İş №3(066)-372/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-372/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-372/2024 16.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X5 iştirakları ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Göygöl RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində Göygöl RPŞ-in sahə rəisi X9 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək material baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, vətandaş Şəxs xx.xx.2024–cü il tarixdə tanışları Elvin, Elnur və İntiqamla birlikdə Göygöl rayonu, “Mal bazarı” adlanan yerdə qumar oynamışlar. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X9 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin İTB-nin rəsisi, polis kapitanı Şahid ilə Göygöl rayonu Mal bazarı adlanan yerdə xidmətdə olan zaman adları sonradan məlum olan X8, X3, Şəxs və X6 ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynamaları ilə bağlı avtomobilə yaxınlaşan zaman adları qeyd olunan şəxslərin nəqliyyat vasitəsinin daxilində əllərində qumar oynamaq üçün oyun kartaları və ortada pullar olması aşkar olunaraq götürülmüş və qeyd oluna faktla bağlı həmin şəxslər Göygöl RPŞ-nə gətirilərək barələrində İXM-nin 525-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin şəxslər PŞ-də olarkən pulla qumar oynamalarını, qonaqlıqdan qumar oynadıqlarını bildirdilər. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə törədilmiş inzbati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o xx.xx.2024-cü il tarixdə Göygöl rayonu “Mal bazarı”deyilən yerə heyvan satmağa getmişdir. Həmin vaxt o maşında X8, Şəxs və X10 ilə oturmuşdur. Onlar həmin vaxt qumar oynamamışlar, durakı oyanamışlar. Sürət qutusunun yanındakı pulu Gəncə şəhərində Bağmana gedən klent qoymuşdur. Onlar qonaqlıqdan 4 oyun durakı oynamışlar. 3 oyunu digərləri bir oyunu isə onlar udmuşdur. Onlar razılaşmasına əsasən onlar 6 oyun oynamalı və 6 oyunun nəticəsinə əsasən uduzan komanda qonaqlıq verməli idi. Həmin vaxt polis əməkdaşları gəlmişdir. Pul qoltuq altının yanında olmuşdur. Qonaqlıqda araq olması ilə bağlı da danışmışlar. 5 manat puldan onun xəbəri yoxdur. Həmin beşliklər Elvin Musayevin pulu olmuşdur. Həmin vaxt onun ümumiyyətlə pulu olmamışdır. Əlavə olaraq bildirdi ki, məhkəmə iclasında dindirilmiş şahid düzgün danışdı. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin İTBnin rəisi, polis kapitanı Şahid izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mal bazarı” adlanan yerdə xidmətdə olan zaman ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynanması ilə bağlı ona məlumat gəlmiş, o məlumat əsasında həmin avtomobilə yaxınlaşmış və bu zaman məlumatın doğru olması, avtomobildə ortada oyun kartları və pul olması video çəkilişlə aşkar edilmişdir. Həmin şəxslərdə nə etdikləri soruşulduqda onlar qumar oynamamalarını durakı oynamalarını bildirmişlər. Daha sonra həmin yerə Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X9 yaxınlaşmışdır. Həmin şəxslər Göygöl RPŞ-nə gətirilmiş, şöbədə şəxsiyyətləri müəyyən olunmuş bundan sonra sənədləşdirilmə aparılmışdır. Əlavə olaraq bildirdi ki, avtomobilə onun tərərfindən yaxınlaşan zaman ortada pul və kart olmuşdur. Onlardan soruşulduqda qumar oynamadıqlarını və qonaqlıqdan durakı oynadıqlarını bildirdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 müdafiəçisi X11 çıxışında göstərdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 əməli sübuta yetirilmdəiyindən, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı inizabati iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan görüntülərdən görünür ki, X8, X3, Şəxs və X6 ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə əyləşmişlər, onların aralarında oyun kartları və pul əskinasları vardır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 21 ədəd oyun kartı və 2 manat pul vəsaitin müsadirə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qərarda oyun ləvazimatı olan 21 ədəd oyun kartı və 2 manat pul vəsaiti müsadirə edildiyindən, hazırki inzibati işdə bu hissəyə münasibət bildirilməməlidir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 21 ədəd oyun kartı və 2 manat pul vəsaitin müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar