Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-373/2024 03.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Mənzil Tikinti Kooperativində inşaat fəhləsi işləyən, məhkumluğu olan və hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən, Göygöl rayonu, Quşqara Ə/D, Səmədli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraqməhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələblərinə tabe olmamış, xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin sahə rəisi Ruslan Çirvanov DİN-nin 102 xidmətinə edilmiş müraciətlə bağlı vətandaş X3 izahatanı almaq istəyən zaman onun qaynı olan Şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşıb sahə rəisini təhqir edib onun işinə maneçəlik törətməyə başlamış, bundan sonra polis əməkdaşı onu nizam intizama dəvət etsə də o polisin qanuni tələblərinə əhəmiyyət vermədən qanunsuz hərəkətlərinə davam etmişdir və küçədə nəlayiq ifadələr işlətməyə davam etmişdir. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə günorta işdən qayıdarkən Balçılı yolunda yeyib spirtli içki içmişdir. O evə qayıdarkən atası evinin qapısının qabağında avtomobil dayandığını görmüşdür. O həmin vaxt kim olduğunu soruşmuş, polis mülkü formada olduğu üçün o polis olmasını bilməmişdir. Həmin vaxt polis əməkdaşı özünü təqdim etmiş və polis olduğunu bildirmişdir. Həmin evin mülkiyyətçisi o deyil, qardaşı arvadı Rövşanə qışqıraraq polisi özünün çağırdığını bildirmişdir. O isə yüksək səslə onun niyə gəlməsini çıxıb getməsini bildirmişdir. Həmin vaxt o söyünc söyməmiş, lakin polisə yüksək səslə çıxıb getməsini tələb etmişdir. Polis ona getməsini bildirdikdə o da ona qulaq asıb getmişdir. Məhkəmədən hadisə vaxtı içkili olmasını, ailədə yeganə qazanc gətin şəxs olmasının nəzərə alınaraq ona cərimə növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə X5 gecə zəng vuraraq, onu narahat etdiklərini, evin aynalarının döyüldüyünü yata bilmədiyini bildirmişdir. X5 bir neçə dəfə DİN-nin 102 xidmətinə zəng vurduğu üçün o həmin xanıma zəng vurub gələcəyini bildirmişdir. Bundan sonra o təhkim edilmiş əraziyə getmiş, X3 izahatanı almaq istəyən zaman evin qapısının önündə onun qaynı olan Şəxs içkili vəziyyətdə onlara yaxınlaşıb uca səslə ona prokurorun sanksiyasının olubolmamasını soruçub təhqir edib onun işinə maneçəlik törətməyə başlamışdır. Həmin vaxt kənarda tanımadığı başqa şəxslərdə olmuşdur. O Şəxs nizam intizama dəvət etsə də o polisin qanuni tələblərinə əhəmiyyət vermədən qanunsuz hərəkətlərinə davam etmişdir. Belə ki, Şəxs sərxoş vəziyyətdə ona qarşı nalayiq ifadələr işlətməyə davam edərək, X1 başlamışdır. Həmin vaxt X5 DİN-nin 102 xidmətinə zəng vuraraq, Şəxs onu təhqir etməsini və polisin ona göz yumduğunu bildirmişdir. O Şəxs uzun müddət nizam intizama dəvət etməsinə baxmayaraq, küçədə nalayiq ifadələr işlədərək qanuni tələblərə məhəl qoymamışdır. Daha sonra Şəxs ondan əl çəkməmiş və niyə ondan icazə almamış bu əraziyə gəlməsini və həmin ərazidə fəaliyyətə başlamasını bildirmişdir. Bu səbəbdən o, Şəxs polis şöbəsinə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, gecələr onun evinin qapısı və aynaları döyülür, işqıları sayğacdan yandırılıb-söndürülür. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşı gəlmiş, həmin vaxt o olanları polisə danışmış və onu qapıya çağıraraq evin giriş və çıxışını göstərmişdir. Bundan sonra onlar evdən çıxdıqdan sonra qaynı polisin üzərinə cumaraq ondan içəriyə niyə girməsini onun şəklini çəkdiyini bildirirək onun özünün ünvanına nalayiq və ədəbsiz sözlər işlətməyə başlamış və polisdən onun yanına nəyə gəlməsini soruşaraq onun və polisin ünvanına əxlaqsız sözlər bildirmişdir. Həmin vaxt ətrafda çox sayda kənar şəxslər olmuşdur. Şəxs həmin vaxt onun əxlaqsız olmasını bildirmişdir. Polis onu nizam intizama dəvət edib aralamağa çalışsa da Şəxs məhəl qoymadan hərəkətlərinə davam etmişdir. O hərəkətlərini 15-20 dəqiqə davam etdirmişdir. Polis onun qapısına gəldikdən və Şəxs apardığı gündən onun evinin işıqları sönməmiş və qapısı döyülməmişdir. Əvvəlcədə Şəxs onun qapsını döyüb gəlib ona niyə gəlməsini çıxıb getməsini bildirmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəzyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs alkoqol qəbul etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan küçədə işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla, polis əməkdaşının fəaliyyətinə maneçilik yaratmaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmiş, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu və hüquqları məhdudlaşdığı xx.xx.2024-cü il tаrixdən, saat 15:40-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon X7 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-373/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-373/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver