Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-375/2024 04.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Göygöl rayonu, Toğana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Göygöl RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 Bayram Rasim oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Prokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus evin şüşəsini sındıraraq ona 30 (otuz) manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İХМ-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X9 protokolun məzmununa uyğun ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Həmin müraciət əsasında əməliyyat qrupbası onun yaşadığı ünvana getmiş və həmin ünvanda Zərərçəkmiş şəxs onun yaşadığı evin şüşəsinin Şəxs tərəfindən sındırılaraq ona ziyan vurulmasını bildirmişdir. Zərərçəkmiş şəxs müraciət ilə bağlı Göygöl rayon polis bölməsinin təhqiqat bölməsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarda Zərərçəkmiş şəxs məxsus evin şüşəsinin Şəxs tərəfindən sındırıldığı və dəymiş zərərin 30 (otuz) manat miqdarında olduğu müəyyən olunmuşdur. Həmin qərar əsasında da onun tərəfindən Şəxs barəsində protokol tərtib olunmuşdur. Əlavə olaraq bildirdi ki, Abbasov X4 bölməsinə verdiyi izahatda Zərərçəkmiş şəxs məxsus evin şüşəsini onun sındırmadığını bildirmiş və barəsində tərtib olunmuş protokolu da imzalamaqdan imtina etmişdir. Hazırda barəsində protokol tərtib edilmiş şəxs özünü təqsirli bilmir və Zərərçəkmiş şəxs məxsus evin şüşəsini sındırmadığını bildirir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs bacısı da yanında olmuşdur. Barəsində protokol tərtib edilmiş şəxs Şəxs Zərərçəkmiş şəxs məxsus evin şüşəsini daşla sındırmışdır. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs evinin şüşəsini o sındırmamışdır. O, gecə vaxtı saat 11-12 radələrində Bakıdan evinə gəlmiş, həmin vaxt onun Kamaz markalı avtomobili yüklü olmuşdur. Həmin günün səhəri isə avtomobilinin yükünü boşaltmağa gedərkən zərərçəkmiş tərəf ilə küçənin başında qarşılaşmış və həmin vaxt bunu qonşular da görmüşdür. O həmin küçədən hər zaman olduğu kimi işinin arxasınca getmişdir. O, həmin günü səhər saat 10-11-də oyanmış, yuxudan durub içki içməmişdir. O həmin vaxtlar iş dalınca gedir. Hadisə vaxtı Zərərçəkmiş şəxs orada olmamış, orada tanımadığı başqa xanım və yanında da bir xanım, onların yanında isə 4 uşaq olmuşdur. Tanımadığ qadınlardan biri arıq, digəri kök olmuşdur. Daha sonra qadınlardan biri oradan ona adın nədir? demiş, o isə adının Babək olduğunu demişdir. Belə ki, küçədə hər kəs onu Babək kimi tanıyır, əsl adı isə Bayramdır. Həmin qadın ondan aynanı niyə qırmasını soruşmuş, o isə nə aynası olduğunu soruşaraq, uşaq olmadığını, yolun ortasında ayna qırmadığını və ya durduq yerə düşmən qazanmaq istəmədiyini və 28 ildir ki, həmin küçədə yaşadığını bildirmişdir. Həmin qadın ona demişdir ki, aynanı sən qırmısan, əlavə olaraq nalayiq söyüşlər də söymüşdür. Bununla bağlı 102 xidmətinə də zəng vurub bildirmişdir. Əlavə olaraq bildirdi ki, o, Kamaz sürməklə məşğuldur. ünvan 3 ünvanında yaşayır. Hadisə ilə bağlı özünü təqsirli bilmir, zərərçəkmiş şəxsin evinin şüşəsini o, sındırmamışdır. Barəsində deyilənlər doğru deyil, zərərçəkmiş şəxs düzgün danışmır. 2-3 il bundan əvvəl uşaqlar arasında dava olmuş, həmin davada Şahid oğlu da olmuş və həmin davada oğlunu vurmuşlar, o da sadəcə dava olan yerə getmiş, bir insana əli dəyməmiş, sadəcə onun adını eşitdikləri üçün həmin vaxtdan bəri ondan əl çəkmirlər, onu harada gördülər nalayiq sözlər deyirlər. Qeyd etdiyi hadisə ilə bağlı onun barəsində şikayət etməmişlər bu vaxtadək. Həmin şəxslər tərəfindən əvvəllər onun barəsində şikayət olunmamışdır. O daşı götürüb aynaya nə qədər yavaş atsa da daş aynanı qırıb içəri keçərdi. Araşdırmada baxıblar ki, 2 üzlü aynanın sadəcə kiçik çöl hissəsi qırılıb. Gecə vaxtı həmin yerdə it də olur. Ayna itə atılan daşdan da sınmış ola bilər. Şahidi hadisə yerində görmüşdür. O, Şahid həmin gün, 28 iyun tarixində görmüşdür. Təhqiqatçı həmin günü ona zəng vurub, şöbəyə gəlməsini bildirmişdir. Lakin o, şöbəyə həmin günü gedə bilməmiş, sabahısı günü getmiş, həmin günü kamazla daş boşaltmağa getmişdir. O, kamazı sürərkən içkili olmamış, yol kameraları da görmüşdür. Şahid onu təhqir də eləyib, bununla bağlı 102 xidmətinə də bildirmişdir. Şahid öz övladının canına and içsin ki, evin aynasını o sındırmışdır, elə olsa o həmin 30 (otuz) manatı ödəməyə hazırdır. Aynanı o qırmamışdır. Həmin yerə bir də baxılmasını, o yaşda adam o aynaya nə qədər yavaş daş atsa da o daş həmin iki üzlü aynanın ikisini də qırmalıdır, hansı ki, bu aynanın çöl üzündə kiçik bir qırıq olub, onu da şər olaraq atırlar ona. İnzibati işə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, onların Göygöl şəhəri Nəsimi küçəsinin yuxarı baş tərəfində evləri var və həmin evdə yaşayış yoxdur. Bacısı Dilarə və o 2-3 gündən bir həmin evə gedirlər. Bir gün bacısı Dilarə ilə o evə baxmaq üçün getdiklərində barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs sərxoş halda aşağı tərəfdən evə doğru hərəkət etdiyini və çatan kimi də daşı götürüb evin aynasına çırpdığını görmüşlər. Onlar bunu görüb qorxmuşlar və ondan niyə bunu etməsini soruşmuşlar. Şəxs düz elədiyini və bu küçənin ona zəbt olunduğunu bildirmişdir. Həmin vaxt biraz qorxduqları üçün o heç nə demədən bacısı ilə sakit halda kənarda gözləmişlər. Daha sonra DİN-nin 102 xidmətinə zəng edib və hadisəni bildirmişdir. Əlavə olaraq bildirdi ki, Göygöl şəhəri Dilqəm Verdiyev küçəsi ev 56-da qeydiyyatda olmaqla orada yaşayır. Şüşəsi sındırılan evdə hazırda yaşayış yoxdur, sadəcə evin dam örtüyü hazırlanıb və aynalar qoyulub. Şəxs daşı onların yanında atmış, bacısı da həmin vaxt yanında olmuşdur. Şəxs daşı atmasını görmüşdür. O bacısı ilə evə baxmağa gedərkən səhər saat 11-12 radələri olmuşdur. Şəxs həmin evin onların evi olmasını bilir. Hadisə vaxtı o, Şəxs tanımışdır, belə ki onlardan 4-5 ev aralıda qalır. Mən Şəxs sadəcə evinin aynasını düzəltməsini tələb edir. İstintaqdakı ifadəsində evin aynası ilə bağlı dəymiş zərərin 30 (otuz) manat olduğunu deməmiş, sadəcə bildirmişdir ki, zərər neçə olur-olsun Şəxs evinin aynasını düzəltsin. O, Şəxs pul istəmir, onun aynasını saldırsın. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində verilmiş Şahid göstərdi ki, O, bacısı ilə evlərinə baxmağa getmişlər. Həmin vaxt Şəxsda onlara tərəf gəldiyini görmüşlər. Şəxs həmin küçədə yaşayır. Şəxs gələn kimi aynanı vurub sındırmışdır. Bacısı ondan səbəbini soruşduqda Babək Abbasov bu küçəni zəbt elədiyini bildirmişdir. Həmin vaxtı da bacısı Gülarə 102 xidmətinə zəng eləmişdir. Əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxs onun bacısıdır. Şəxs ilə qohumluğu və ədavəti yoxdur. Onlar evə baxmağa gedərkən iyun ayının 28-i səhər saat 11-12 radələri olmuşdur. Hadisə olan vaxtı bacısı DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Şəxs onların yanında aynanı daşla vurub sındırmışdır. Şəxs onları görəgörə daşı aynaya vurmuşdur. Onlar ata-bala həmişədən sərxoş olurlar. Təhqiqatçı da ancaq təqsirləndirilən şəxsin izahatını yerində aldı, bu da çıxıb getdi, sərxoş olubolmadığını orada yoxlamadılar. İndi də sərxoş olduğunu boynuna almır. Şəxsla aralarında ədavət yoxdur. Şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. Kürsülü evin 1-ci mərtəbəsinin ikiqat, sadə, üzü yola baxan aynası sındırılmışdır. Həmin ayna yoldan təxminən 3 metr hündürlükdə olar. O həmin evə baxmağa sadəcə bacısı ilə getmiş, heç kəsi aparmamışdır. Sonradan həmin yerə qonşular gəlibsə də əsəbi vaxtında yadında qalmamışdır. Sınan ayna list-list olduğundan daş onu qırıb keçə bilməzdi. Şəxs atası digərləri ilə bir olub onun uşağını döymüşlər. Həmin hadisənin üzərindən illər keçib olubqurtarıb, bununla bağlı təhqiqatçı işi qurtarıb. Hazırda həmin söhbətin bu məsələyə aidiyyəti yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Nəsimi küçəsində vətandaş Zərərçəkmiş şəxs Hümbət qızının yaşayış olmayan evin bir ədəd pəncərə şüşəsinin sındırılaraq sonuncuya 30 (otuz) manat maddi ziyan vurması faktı ilə bağlı Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, protokol tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidin məhkəmə iclasında verdiyi izahatlarını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 30 (otuz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-375/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-375/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver