Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-377/2024 30.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X1 məhkəmə iclas katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı inzibati xəta haqqında qərarla, X2 MERCEDES BENZ E200 MİNİK markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2024–cü il tarixdə saat 15:42-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 DİN-nin BDYPİ-nin xx.xx.2024–cü il tarixli EQ 23606519 nömrəli inizbati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və barəsində başlanılmış inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə inzibati məsiliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23606519 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Belə ki, guya o xx.xx.2024-cü il tarixdə saat 12:03 radələrində özünə məxsus olan “MERSEDES BENZ- E200” minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri, A.Kazımov küçəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23606519 nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir və hazırki şikayətlə məhkəməyə müraciət edir. O qeyd edilən tarixdə yəni xx.xx.2024-cü il tarixdə saat 12:03 radələrində özünə məxsus olan “MERSEDES BENZ- E200” minik markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl şəhəri, A.Kazımov küçəsi ilə hərəkətdə olan zaman heç bir qayda pozmamış və inzibati xəta törətməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparan orqan barəsində inzibati tənbeh vermə barədə qərar qəbul etməsinə baxmayaraq qərarın qəbul edilməsinə əsas olan, yol hərəkəti qaydalarının pozulmasına dair video görüntü ona təqdim edilməmiş və mərkəzləşdirilmiş elektron informasiya sistemlərində qeydə alınmamış, pozuntunu qeydə alan xüsusi texniki vasitə barədə məlumatlar sistemə daxil edilməmişdir. Bundan başqa onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən ərazidə hər hansısa qayda pozuntusunu aşkar edə biləcək xüsusi texniki vasitə yoxdur və bu hal yalnız DYP-nin əməkdaşları tərəfindən aşkar edilə bilərdi ki, belə bir hal da mövcud olmamışdır. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X3 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini, inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş orqanın nümayəndəsi səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1– ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarda olan foto görüntülərdən görünür ki, X3 idarə etdiyi MERCEDES BENZ E200 MİNİK markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2024–cü il tarixdə saat 15:42-də svetoforun qadağanedici (qırmızı işığı yanarkən) işarəsi verilərkən avtomobilini stop-xəttinin (1.12 yol xətti), piyada keçidinin qarşısında və svetofor qarşısında dayanmamış, piyada keçidinə yaxınlaşmış və sonra hərəkətini davam etdirərək dayanması üçün nəzərdə tutulmuş stop-xəttini keçərək piyada keçidinin üzərində dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 327.1–ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; Yol hərəkəti haqqında Qanunun 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. İİİ. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. İV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi MERCEDES BENZ E200 MİNİK markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu A.Kazımov küçəsində xx.xx.2024–cü il tarixdə svetoforun qadağanedici (qırmızı işığı yanarkən) işarəsi verilərkən avtomobilini stop-xəttinin (1.12 yol xətti), piyada keçidinin qarşısında və svetofor qarşısında dayandırmamış, piyada keçidinə yaxınlaşmış və sonra hərəkətini davam etdirərək dayanması üçün nəzərdə tutulmuş stop-xəttini keçərək piyada keçidinin üzərində idarə etdiyi avtomobilini dayandırmış və bununla da Azərbaycan Respublikası İXM-nin 327.1–ci maddəsində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı inzibati xəta haqqında iş üzrə qərarla 40 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytinantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli EQ 23606519 saylı qərarından barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-377/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-377/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver