Məhkəmə qərarları › İş №3(066)-379/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-379/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-379/2025 27.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986 -ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)-506/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın saxlanması üçün 280 manat alınaraq X6 ödənilməsi qət edilmişdir ancaq borclu icra sənədi üzrə öhdəliyini icra etmir. Borclu borcundan 600 manat ödəyəcəyinə söz verib ama rəsmi sənəd təqdim etməyib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, borcundan 600 manat ödəyəcək. Digər borcundan da ödəyəcəyinə söz verib. Məhkəmə iclasında tələbkar X7 izahat verərək bildirdi ki, borclu ilə alimentin ödənilməsi ilə bağlı razılığa gəliblər. İş materiallarında olan: 2(041)-137/2014 saylı xx.xx.2014-cü il tarixli Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 280 manat miqdarında aliment müəyyən edilsin. Göygöl Rayon İcra və Probasiya şöbəsi 172879/22 saylı xx.xx.2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-506/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Göygöl Rayon İcra və Probasiya şöbəsinin 172879/22 saylı 02 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarı üzrə göndərilən tələbin könüllü ödənilməsi barədə bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbi icra etmək təklif olunmuşdur. Əks halda barəsində daha ciddi tədbirlər tətbiq ediləcəyi bildirilir. İnzibati xəta haqqında 12 avqust 2025-ci il tarixli MN ******* saylı Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş protokolda borclu Şəxs İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta törətdiyini, bu günkü tarixdə borclunun 7040 manat aliment borcu olduğu, 500 manat ödəyəcəyini qalıq borcu isə hər ay qismən ödəyəcəyini bildirib. Borclu Şəxs Göygöl rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, borcundan 600 manat ödəyir qalan borcu isə sonrakı aylarda tam ödəyəcək. Məhkəmə icraatı zamanı borclu tərəfindən 600 manat tələbkara ödəniş edilmiş, tələbkar tərəfindən pul qəbul edilmiş, bununla bağlı hər iki tərəf yazılı ərizə vermişlər. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-506/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat aliment tələbkar X6 ödəməli olduğu halda ödəməmişdir. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi gedişində yaranmış borcdan 600 manat ödəyəcəyini, qalan borcları isə digər aylarda tam ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olmamış, borcunu ödəyəcəyinə söz vermişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Hüseynzadə Leyla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar