Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-383/2023 30.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, «FORD TRANSİT» yük markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 329.1 və 327.2-ci maddələri ilə protokol tərtib edilərək 60 (altmış) manat miqdarında cərimə olunması barədə TP ******* saylı nömrəli qərar qəbul olunmuşdur. Lakin, Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətlərini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, 60 manat cərimə məbləğinin üzərinə 36 manat dəbbə pulu əlavə olunaraq cərimənin məbləği 96 manat təşkil etmişdir. Daha sonra, Göygöl rayon Polis Şöbəsi məktub təqdim edərək inzibati materialların geri qaytarılmasını xahiş etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş məktuba əsasən inzibati materialın geri qaytarılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunan inzibati matiral Göygöl rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №3(066)-383/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-383/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver