Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-383/2025 27.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi ilə, X2 məhkəmə iclas katibliyi, Göygöl rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə və şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl RPŞ-nin DYPŞnin Yol Patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Göygöl rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiqi haqqında qərar qəbul edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək xx.xx.2025-ci il tarixli Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən barəsində tərtib olunmuş və 150 manat cərimə edilməsi haqqında inzibati xətaya dair qərarın ləğv edilməsinə, barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 18 iyun 2025-ci il tarixdə Göygöl rayonu A.Ələsgar küçəsində özünə məxsus "Lada Vesta GFK33 XK2 52MİNİK” markalı ** DK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman Göygöl RPŞ-nin DYPŞnin əməkdaşları tərəfində saxlanılıb və sənədlərinə baxılaraq sənədlər qaydasında olduğunu deyiblər və davam etməyini bildiriblər. Avtomobili idarə edərək gedib və sonradan ona mesaj gəlib və məlum olub ki, barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilib və həmin qərar əsasında inzibati tənbeh verilib, 150 manat məbləğində cərimə edilib. Yuxarıda qeyd etdiyi kimi heç bir inzibati xəta törətmədiyi halda barəsində qanunsuz və əsassız olaraq inzibati qərar tərtib edilmişdir və inzibati qaydada cərimə olunmuşdur. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində yol ayrıcında yolu əks istiqamətə dönmüş, ancaq hərəkəti davam etmişməmişdir. Polis əməkdaşları tərəfindən saxlandığını və sonra polislərin davam et göstərişindən sonra davam etdiyini bildirdi. Daha sonra polis əməkdaşları tərəfindən İXMnin 327.4-cü maddəsi ilə qərar tərtib olduğunu öyrənmiş, inzibati tənbeh barədə qərarı gec əldə etmiş və məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə izahatı qərara uyğun verərək X1 qərarda qeyd edilən tarixdə və vaxtda İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə dair inzibati xətanı törətdiyini və qərar tərtib olunduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxs yiolun əks istiqamətinə çıxmaqla hərəkətdə olan digər avtomobilə də təhlükə yaratmışdır. Polis maşınını gördüyü üçün gəldiyi istiqamətdə geri qayıtmışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 08:27 radələrində “LADA VESTA GFK33 XK2 52” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə dair İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilən cd diskə baxış keçirilmiş, video görüntüdə həqiqətən də “LADA VESTA GFK33 XK2 52” minik markalı avtomobilin yol ayrıcında hərəkətin əks istiqamətinə çıxdığını, bu vaxt hərəkətdə olan digər avtomobilə maneə yaratdığı, sonradan arxaya doğru hərəkət edərək gəldiyi istiqamətə geri döndüyü müəyyən edilir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 08:27 radələrində Göygöl rayonu ərazisində “LADA VESTA GFK33 XK2 52” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə onun barəsində İXM-nin 327.4.-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar tərtib edilmiş şəxs X3 şikayətində xx.xx.2025-ci il tarixdə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə dair qaydanı pozmadığını sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 327.4–cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Qanunun: 36-cı maddəsinə əsasən: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 51-ci maddəsinə əsasən: V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. 69-cu maddəsinə əsasən: Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları birbirinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar; 6) 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin İİ hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, X1 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan inzibati xətanın törədilməsində təqsirli bilinmiş X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-383/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-383/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver