Məhkəmə qərarları › İş №3(066)-384/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-384/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-384/2025 28.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X7 iclas katibliyi, 10 saylı X2 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Ermənistan Res, Amasiya rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X8 yanında Suların İstifadəsinə və X5 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 12 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 2 ünvanında su təchizatı şəbəkəsinə diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulmuşdur. İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını ərizəsinə uyğun verərək su şəbəkəsinə qanunsuz qoşulduğunu bildirdi. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 12 avqust 2025-ci il tarixədək ünvan 2 ünvanında su təchizatı şəbəkəsinə diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulmuşdur. İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0004 saylı sərəncamları əsasında Şəxs məxsus ünvan 3 ünvanında su təchizatı şəbəkəsinə diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulma aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirib ki, ünvan 3 ünvanında yaşayır. Yaşadığı evin daşınmaz əmlaka dair sənədləri yoxdur, yalnız torpaq sahəsinin sənədi var. Yaşadığı evdə sayğacdan kənar diametri 20 mm olan plastik boru ilə qanunsuz qoşulma edib və həmin qoşulma 2025-ci ilin iyun ayının axırlarında olub. Evin su sayğacı olub. Sayğacdan kənar etdiyi qoşulmanı su xəttinin sayğaca daxil olmayan hissəsində edib və həmin sudan məişətdə istifadə edib. Suların istifaədinə və mühafizəsinə dair Nəzarət Xidmətinin 10 saylı X2 əməkdaşlarının yaşadığı evdə aşkar etdiyi qanunsuz qoşulmanı təsdiq edib və törətdiyi pozuntu dərhal aradan qaldırılıb. Azərbaycan Respublikası Dövlət X8 X10 Xidməti Publik Hüquqi Şəxs Göygöl Rayon X6 İstismarı İdarəsinin 12 avqust 2025-ci il tarixli, 372 nömrəli məktubunda qeyd edilir ki, Şəxs qanunsuz hərəkərləri nəticəsində Göygöl X6 İstismarı İdarəsinə “X9”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarının 4 nömrəli əlavəsinə əsasən 1 il ərzində 240 kub metr olmaqla əhali qrupu üzrə tarif şurasının müəyyən etdiyi qaydada ( 1 kub metr=0.06 manat) 144 (yüz qırx dörd) manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, səmimi etirafını nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar