Məhkəmə qərarları › İş №3(066)-385/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-385/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-385/2025 28.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi, 10 saylı X2 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi sahibkar, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X7 yanında Suların İstifadəsinə və X5 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli 13 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Göygöl rayonu, Balçılı kəndindən keçən Bakı-Qazax yolunun sağ hissəsində xx.xx.2025-ci il tarixdək Şəxs tərəfindən, “Avtoyuma məntəqəsində formalaşan tullantı sularının əraziyə çölə təyinatsız axıdılması halı aşkar olunmuşdur. İXMnin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında protoklu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını ərizəsinə uyğun verərək Avtoyuma məntəqəsində formalaşan tullantı sularının əraziyə çölə təyinatsız axıdıldığını bildirdi. Əməlini qanunsuz olduğundan xəbəri olmayıb və pozuntunu dərhal aradan qaldıracağını da qeyd edib. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 aparıcı məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 13 avqust 2025-ci il tarixədək Göygöl rayonu, Balçılı kəndindən keçən Bakı-Qazax yolunun sağ hissəsində Şəxs tərəfindən, “Avtoyuma məntəqəsində formalaşan tullantı sularının əraziyə çölə təyinatsız axıdılması” halı aşkar olunmuşdur. İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli, 0004 saylı sərəncamları əsasında Şəxs məxsus Göygöl rayonu Balçılı kəndindən keçən Bakı-Qazax yolunun sağ hissəsində Şəxs tərəfindən, “Avtoyuma məntəqəsində formalaşan tullantı sularının əraziyə, çölə təyinatsız axıdılması” halı aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirib ki, Göygöl rayonu, Balçılı kəndindən keçən Bakı-Qazax yolunun sağ hissəsində yerləşən avtoyuma məntəqəsini icarə müqaviləsi əsasında işlədir. Avtoyuma məntəqəsində formalaşan tullantı sularının axıdılması üçün düzəldilmiş kanalizasiya sistemində nasazlıq yarandığı üçün, avtoyuma məntəqəsindən çölə diametri 110 mm olan plastik boru çəkib və həmin boru ilə avtoyuma məntəqəsində nəqliyyat vasitələrinin yuyulması zamanı formalaşan tuıllantı sularını birbaşa olaraq təyinatsız körpünün alt hiussəsinə axıdıb. Törətdiyi əməlin qanunsuz olduğundan məlumatı olmayıb, bu işə səhlənkar yanaşıb və qısa zaman içərisində məsələni aradan qaldıracağını bildirib. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidmətinin 10 saylı Gəncə Daşkəsən RB-nin əməkdaşlarının aşkar etdiyi təyinatsız axıdılma faktını təsdiq edir. “Elektron Məhkəmə” İnformasiya sistemində yoxlama zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında məlumatdan görünür ki, Şəxs adına ********** saylı VÖEN qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, əməlini etiraf etməsini nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar