Məhkəmə qərarları › İş №3(066)-386/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-386/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-386/2025 29.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1 və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Göygöl rayonu Mühafizə İdarəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8, 327.2 və 327.6-cı maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib edən Göygöl rayonu YNH inspektoru polis baş leytenantı Nümayəndə izahatında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 05:30 radələrində ünvan 2 ünvanında yaşayan Şəxs ona məxsus olan idarə etdiyi “Fort Transit” minik markalı , 90HE557 dövlət nömrə nişanlı avtomobil ilə boz rəngli “VAZ21099” markalı, 10KC709 dövlət nömrə nişanlı avtomobil toqquşmuş, yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi «Fort Transit» minik markalı , 90HE557 dövlət nömrə nişanlı avtomobil sürücüsü Şəxs ehtiyatsızlığı səbəbi ilə baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs izahatına uyğun çıxış edərək təqsirini etiraf etdi. Əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs izahatına uyğun çıxış edərək şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 izahatına uyğun çıxış edərək bildirdi ki, nəvəsinin ad günündə ət almaq üçün gedən zaman yol nəqliyyat hadisəsi baş verib, xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 izahatına uyğun çıxış etdi. Heç bir xəsarəti olmadığını bildirdi. İş materiallarında olan: Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, Göygöl şəhəri D.Verdiyev küçəsi, ev 22-də ailəsi ilə birlikdə yaşayır, evlidir. Göygöl rayonlarararası Mühafizə bölməsinin mülki əməkdaşıdır, sürücü işləyir. İzahat verməyinin səbəbi ona tam aydındır. Bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 05.00 radələrində X3 məxsus və idarəetmə etibarnaməsi ilə idarə etdiyi “Ford Transit” minik markalı **-HE-*** dövlət nömrəli nişanlı avtomobil ilə övladının ad günü olduğu üçün ət almaq məqsədi ilə Göygöl şəhərində adını bilmədiyi küçədə gedən vaxtı Göygöl şəhəri, Babək küçəsi ilə adını bilmədiyi küçənin kəsişməsində sağ tərəfdən hərəkətdə olan boz rəngli “VAZ-21009” markalı **-KC-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşub. Belə ki, hərəkət etdiyi avtomobil ilə yol kəsişməsinə çatanda qəflətən həmin avtomobil yol kəsişməsinə çatıb və idarə etdiyi avtomobilin sağ qapısını vurub. Həmin avtomobil sürücüsü kişi idi, sərnişin də yox idi. Onun idarə etdiyi avtomobildə isə, anası X4 və Şahid1 var idilər. Anası sağ tərəfdə atası isə ortada əyləşmişdir. Qəzadan sonra avtomobildən düşüb və atası həmin şəxsi avtomobilindən yerə düşürüb. Təxminən yarım saat sonra həmin şəxsin valideynləri oraya gəliblər. Orada sürucu Zərərçəkmiş şəxs valideynləri bildiriblər ki, polisə məlumat verməsinlər bütün xərcləri çəkəcəklər. Ərizəçi polisə və sığortaya məlumat vermək istəsə də razı olmayıblar. Həmin avtomobili isə onlar hadisə yerindən kənara çıxardıblar. Hadisədən 15 dəqiqə sonra həyat yoldaşı X1 ona məxsus “Şevrolet Kruz” markalı, 77QS350 dövlət nömrə nişanlı avtomobili idarə edərək azyaşlı övladı ilə birlikdə oraya gəliblər. Onları anası zəng edib çağırıb. Bundan sonra özü idarə etdiyi avtomobil ilə Daşkəsən rayonuna qızıl mədəninə mühafizə polis əməkdaşlarını aparıb. Hadisə vaxtı atası və özü xəsarət almayıblar ancaq anası xəsarət alıb. Material üzrə izahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 05.00 radələrində anasına məxsus və idarəetmə etibarnaməsi ilə idarə etdiyi “VAZ- 21009” markalı **-KC-*** dövlət nömrə nişanlı avtomobil ilə Göygöl şəhəri, Babək küçəsi ilə heyvan kəsimi məntəqəsinə gedən vaxtı Göygöl şəhəri, Babək küçəsi ilə adını bilmədiyi küçənin kəsişməsində sol tərəfdən hərəkətdə olan ağ rəngli “Ford” markalı avtomobil ilə toqquşub. Belə ki, o, hərəkət etdiyi avtomobil ilə yol kəsişməsinə çatanda qəflətən həmin avtomobil yol kəsişməsinə çatıb və o, toqquşmamaq üçün sağ tərəfə çöndərdib, ancaq onun idarə etdiyi avtomobilin sol qabaq hissəsi həmin avtomobilin sağ qapısına dəyib. Həmin avtomobilin sürücüsü yaşlı kişi olub. Yanında da bir nəfər yaşlı qadın sərnişin olub. O, isə tək olub. Qəzadan sonra avtomobildən düşüblər və həmin vaxtı sürücü sonradan adını bildiyi Şahid1 telefonla bir nəfər şəxsi zəng edib oraya çağırıb. Bır qədər sonra göy rəngli “Chevrolet Cruz” markalı avtomobil ilə sürücü Şahid1 oğlu Şəxs bir adamla oraya gəliblər. Bildirib ki, o, əvvəllərdən Şəxs tanıyıb. Sonra Arzu da mühafizə polisi əməkdaşını çağırıb və polis maşını oraya gəlib. Sonra o, içmək uçun su almağa gedib və geri qayıdanda görüb ki, atası və anası artıq oraya gəliblər və onlar öz aralarında razılığa gəldikləri üçün üçün avtomobilləri hadisə yerindən kənara qoyublar. Sonra o, bədəni ağrıdığı üçün xəstəxanaya gedib. Həmin avtomobili də sürüb gediblər. Evə gedəndə anasına bildirib ki, qəzadan sonra yerdə olanda ona kömək etməyiblər . Anası da buna görə DİN-nin '102" xidmətinə zəng edərək yol nəqliyyat hadisəsi barədə məlumat verib. Onu da qeyd edib ki, hadisə vaxtı xəsarət alıb, bədəni əzilib. Material üzrə izahatı alınmış Şahid2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 05.30 radələrində oğlu Şəxs idarəetmə etibarnaməsi ilə idarə etdiyi və X5 məxsus “Ford Transıt” minik markalı, **-HE-*** dövlət nömrəli nişanlı avtomobil ilə həyat yoldaşı Şahid1 ilə nəvəsinin ad günu olduğu üçün ət almaq məqsədi ilə Göygöl şəhərində adını bilmədikləri küçə ilə gedən vaxtı Göygöl şəhəri, Babək küçəsi ile adını bilmədiyi küçənin kəsişməsində sağ tərəfdən hərəkətdə olan boz rəngli “VAZ-21099” markalı **-KC-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşublar. Belə ki, oğlunun hərəkət etdiyi avtomobil ilə yol kəsişməsinə çatanda qəflətən həmin avtomobil yol kəsişməsinə çatıb və oğlunun idarə etdiyi avtomobilin sağ qapısını vurub. Həmin avtomobildə sürücü kişi olub, sərnişin də yox idi. Oğlunun idarə etdiyi avtomobildə isə həyat yoldaşı Şahid1 və o var idi. Həyat yoldaşı orta tərəfdə, o isə sağ tərəfdə əyləşibmiş. Qəzadan sonra onlar avtomobildən düşüblər.Təxminən yarım saat sonra həmin şəxsin valideynləri oraya gəliblər. Orada sürücü Zərərçəkmiş şəxs valideyləri bildiriblər ki, polisə məlumat verməsinlər bütün xərcləri çəkəcəklər. Onlar da razılaşıblar. Sonra həmin avtomobili isə hadisə yerindən kənara çıxardıblar. Oğlu isə “Ford Transit“ minik markalı **-HE-*** dövlət nömrəli nişanlı avtomobili sürüb işinə getdi. Hadisədən 15 dəqiqə sonra gəlini X1 oğluna məxsus “Şevrolet Kruz” markalı 77QS350 dövlət nömrə nişanlı avtomobili idarə edərək oraya gəlib. Nəvəsini isə gətirməyib. Onu oğlu zəng edib çağırıb. Hadisə vaxtı həyat yoldaşı və oğlu xəsarət almayıb. Özü isə xəsarət alıb. Material üzrə izahatı alınmış Şahid1 tərəfindən verilmiş izahatda bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 05.30 radələrində oğlu Şəxs idarəetmə etibarnaməsi ilə idarə etdiyi və X5 məxsus “Ford Transıt” minik markalı **-HE-*** dövlət nömrə nişanlı avtomobildə həyat yoldaşı X4 ilə o nəvələrinin ad günü olduğu üçün ət almaq məqsədi ilə Göygöl şəhərində adını bilmədiyi küçə ilə gedən vaxtı Göygöl şəhəri, Babək küçəsi ilə adını bilmədiyi küçənin kəsişməsində sağ tərəfdən hərəkətdə olan boz rəngli “VAZ-21099” markalı, **-KC-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşublar. Belə ki, oğlunun hərəkət etdiyi avtomobil ilə yol kəsişməsinə çatanda qəflətən həmin avtomobil yol kəsişməsinə çatıb və oğlunun idarə etdiyi avtomobilin sağ qapısını vurub. Həmin avtomobildə sürücü kişi olub, sərnişin olmayıb. Oğlunun darə etdiyi avtomobildə isə həyat yoldaşı X4 və o olub. Həyat yoldaşı sağ tərəfdə o isə ortada əyləşib. Qəzadan sonra onlar avtomobildən düşüblər. Təxminən yarım saat sonra həmin şəxsin valideynləri oraya gəliblər. Orada sürücü Zərərçəkmiş şəxs valideynləri bildiriblər ki, polisə məlumat verməsinlər bütün xərcləri onlar çəkəcəklər. Onlarla razılaşıblar. Sonra həmin avtomobili hadisə yerindən kənara çıxarıblar. Oğlu isə “Ford Transıt” minik markalı ** HE *** dövlət nömrəli nişanlı avtomobili sürüb işinə gedib. Hadisədən 15 dəqiqə sonra gəlini X1 oğluna məxsus “Şevrolet Kruz” markalı **-QS-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək oraya gəlib. Nəvəsini isə gətirməyib. Onu oğlu zəng edib çağırıb. Həmin vaxtı oğlu və özü xəsarət almayın ancaq həyat yoldaşı xəsarət alıb. xx.xx.2025-ci il tarixdə hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə baxış zamanı yol nəqliyyat hadisəsi Göygöl şəhəri, Babək küçəsi ilə adsız küçənin kəsişməsində baş verib. Baxış zamanı hadisə yerindən iş uçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməyib. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olundu. Araşdırma zamanı MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən daxil olmuş 23 iyun 2025-ci il tarixli 307 saylı ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissədə göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Araşdırma zamanı MTE və PA Birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsindən daxil olmuş 17 iyul 2025-ci il tarixli 377 saylı ekspert rəyində Şahid2 bədəni üzərində olan xəsarətlər-sağ bud-çanaq oynağı nahiyyəsinin qançırı- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 20 iyun 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman ayıq olub. 20 iyun 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X7 hadisə baş verən zaman ayıq olub. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2ci və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.2-ci və 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə və 327.6-cı münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Bsrəsində tərtib edilmiş protokol AR İXM-nin 327.2 və 327.6-cı maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon Polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar