Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-387/2023 18.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Göygöl rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon Polis Şöbəsinin xx.xx.02023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayət verərək, Göygöl rayon polis şöbəsinin xx.xx.02023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(045)-587/2023 saylı qərardadı ilə, X3 xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzinbati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X3 törətdiyi inzibati xəta hadisəsi Göygöl rayonu ərazisində baş vermişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətın mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Göygöl rayonunda törədilsə də X1 rayonu, Buzluq kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 qanunla ona verilmiş hüquqdan istifadə edərək müvafiq qərardan özünün yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət vermişdir. Göründüyü kimi X3 faktiki yaşayış yeri Goranboy rayonudur. Bu səbəbdən X3 Göygöl rayon polis şöbəsinin xx.xx.02023-cü il tarixli, İXP ******* saylı inzibati təbeh vermə haqqında qərarından verilmiş şikayətə Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs faktiki yaşadığı ünvan Goranboy rayonu olduğundan və şikayətçi tərəfindən Goranboy Rayon Məhkəməsinə müraciət edildiyindən hazırkı işə Göygöl Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Göygöl rayon polis şöbəsinin xx.xx.02023-cü il tarixli, İXP ******* saylı inzibati qərarından şikayətçi X5 tərəfindən verilmiş şikayətə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №3(066)-387/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-387/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver