Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-390/2025 01.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 mərkəzinin nümayəndəsi Nümayəndə3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Daşkəsən rayonu Şahvələdli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta ilə bağlı protokolu müdafiə edərək borclu Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Göygöl rayonunun Zurnabad kəndində yaşayır. Qaz olmadığı üçün meşədən odunları kəsib yandırırlar. Maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilmir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin nümayəndəsi Nümayəndə3 məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən 19 avqust 2025-ci il tarixli “İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” qərara əsasən Göygöl rayon Məhkəməsi 2(066)-304/2018 saylı xx.xx.2018-ci il tarixli və Göygöl rayon Məhkəməsi 2(066)-1852/2018 saylı xx.xx.2018-ci il tarixli və Göygöl rayon Məhkəməsi 2(066)-1299/2019 saylı xx.xx.2019-cu il tarixli və Göygöl rayon Məhkəməsi 2(066)-1961/2018 saylı xx.xx.2018-ci il tarixli və Göygöl rayon Məhkəməsi 2(066)-1868/2018 saylı xx.xx.2018-ci il tarixli və Göygöl rayon Məhkəməsi 2(066)-1887/2018 saylı xx.xx.2018-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-1280/2020 saylı xx.xx.2020-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-1891/2018 saylı xx.xx.2018-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-669/2020 saylı xx.xx.2020-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-1340/2021 saylı xx.xx.2021-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)- 1347/2021 saylı xx.xx.2021-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-1338/2021 saylı xx.xx.2021-ci il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli, Göygöl rayon Məhkəməsi 1(066)-37/2023 saylı xx.xx.2023-cü il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-269/2023 saylı xx.xx.2023-cü il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)- 100/2024 saylı xx.xx.2024-cü il tarixli, Göygöl rayon Məhkəməsi 2(066)-354/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-354/2025 saylı icra sənədlərinə əsasən Şəxs 30 manat, 88,66 manat, 123,20 manat, 50 manat, 66,44 manat, 55,12 manat, 35,84 manat, 94,84 manat, 266,17 manat, 71,62 manat, 229,04 manat, 16,19 manat, 41,44 manat, 66,66 manat cəmi 1546,49 manat borcu var. İşləmədiyini və borcunu ödəməyəcəyini bildirdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, vətəndaş Şəxs Dövlət Meşə Fonduna ümumilikdə 2518 manat 75 qəpik ziyan vurmuşdur. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Samir Məmmədov tərəfindən göndərilmiş tələbin könüllü icrası haqqında bildirişdə icra sənədləri üzrə tələbi könüllü icra etmək üçün 10 gün müddətində vaxt verildiyi göstərilmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən göndərilmiş tələbin könüllü icrası haqqında bildirişdə icra sənədləri üzrə tələbi könüllü icra etməyin təmin edilməsi göstərilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, icra sənədlərinə əsasən Şəxs 30 manat, 88,66 manat, 123,20 manat, 50 manat, 66,44 manat, 55,12 manat, 35,84 manat, 94,84 manat, 266,17 manat, 71,62 manat, 229,04 manat, 16,19 manat, 41,44 manat, 66,66 manat cəmi 1546,49 manat borcu iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 mərkəzinə verilməsi qərara alınmışdır. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Yaranmış borc məbləğindən cəmi 295 manat borclu tərəfindən müxtəlif vaxtlarda olmaqla ödənilmiş, bununla bağlı müvafiq ödənişə dair hesab vərəqəsi təqdim edilmişdir. İş materiallarından aydın olur ki, sözü gedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədinin icrasına yönələn heç bir hərəkətin edilməməsi, işə baxılan zaman borclunun icra sənədinin icrasını təmin etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, iş üzrə tələbkarı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, borclunun səhhətinə dair təqdim etdiyi sənədlər, işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-390/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-390/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver