Məhkəmə qərarları › İş №3(066)-402/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-402/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-402/2025 26.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə qayınanası Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla da onun tərəfindən İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən 102 xidmətinə zəng vurularaq keçmiş gəlini Şəxs tərəfindən döyüldüyünü bildirdi. Bu barədə RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Nümayəndə tərəfindən MN ******* saylı protokol tərtib olunmuşdur. Şəxs İXM-nin 157-ci mmaddəsində nəzərdə tutulan inzibati inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilir. 2024-cü ildə rəsmi olaraq boşanmış, daha sonra yenidən barışmışdır. Sözləri düz gəlmədiyindən övladını qoyaraq yenidən evi tərk etmişdir. Daha sonra keçmiş həyat yoldaşı uşağın xəstə olduğunu deyəndə övladını aparmaq üçün evə gəlmiş gələn zaman qayınanası və baldızı tərəfindən döyüldüyünü, özünü müdafiə üçün qayınanasına xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs keçmiş gəlinidir. Günay 1 ay əvvəl övladını qoyub ev tərk etmişdir. Övladının xəstə olduğunu eşidəndə gələrək qayınanasına qarşı təhqiredici ifadələr işlətmiş, döyüb,əşyalarını sındırmışdır. Bu zaman qızı anasını müdafiə etməyə başlamış və aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs 102 xidmətinə zəng vurmuşdur. İşə əlavə edilmiş Göygöl Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin 01 avqust 2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanması qərara alınmışdır. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında ərizə təqdim edilərək Şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki,əməlindən peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, İşin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, Zərərçəkmiş şəxs inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən:Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar