Məhkəmə qərarları › İş №3(066)-403/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-403/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-403/2024 14.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Yanşaqbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Yanşaqbinə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində Göygöl Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclası zamanı Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18-20 radələrində Göygöl Rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsinə gələrək oğlunun kim tərəfindən şöbəyə gətirilməsini soruşmuşdur. Nəzarət buraxılış məntəqəsində xidmətdə olan polis əməkdaşları Şəxs oğlunun şöbədə olmasını bu barədə ona məlumat veriləcəyini bildirmişlər. Bu zaman Şəxs şöbənin qarşısında küçədə yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan hərəkətlər etmişdir. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xətanı törətməsini etiraf edərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə oğlu ona zəng edərək onu polis şöbəsinə aparmalarını bildirmişdir. O, rayon polis şöbəsinə gələrək oğlunu nə səbəbə şöbəyə gətirmələrini maraqlanmışdır. Həmin vaxt əsəbləşdiyindən şöbənin qarşısında uca səslə nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olmasını bildirərək cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X4 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində Göygöl Rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs onlara yaxınlaşaraq oğlunun nə səbəbə şöbəyə gətirilməsini soruşmuşdur. Onlar Şəxs oğlunun şöbədə olmasını bu barədə ona məlumat veriləcəyini bildirmişlər. Bu zaman Şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət edərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 şahid X4 ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində Göygöl Rayon Polis Şöbəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs buraxılış məntəqəsinə yaxınlaşaraq oğlunun nə səbəbə şöbəyə gətirilməsini maraqlanmışdır. Onlar Şəxs məlumat veriləcəyini bildirmişlər. Bu zaman Şəxs şöbənin qarşısında uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət edərək növbətçi hissəyə təhvil vermişlər. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadəsi və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan küçədə uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti cərimə tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 50 (əlli) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar