Məhkəmə qərarları › İş №3(066)-406/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-406/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-406/2024 15.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan (sürücü işləyən), məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9956/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği habelə eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlamılmaları üçün Şəxs hər ay sabit pul məbləğində 130 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Şəxs adına müvafiq sorğular edilmiş, onun adına heç bir rəsmi gəlir, pensiya və daşınardaşınmaz əmlak aşkar edilməmişdir. İcranı təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclu izahatında da bildirmişdir ki, hal hazırda fərdi qaydada işləyir. Məhkəmə qətnaməsi ilə hər ay 390 manat aliment ödənilməsi qərara alınmışdır. Lakin hər ay sabit məbləğdə 300 manat ödəniş edir. Hal hazırda 2024-cü ilin oktyabr ayı daxil olmaqla 2820 manat aliment borcu yaranmışdır. Digər məhkəmə qərarı ilə hər ay 130 manat aliment ödənişi edir. Yaranmış aliment borcundan həftə sonunda 400 manat ödəniş edəcək. Yerdə qalan borcunu hər ay artıq ödəniş etməklə ödəniş edəcək. Xahiş edir ki, vaxt verilsin. Məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırdığı zaman inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Borclunun bu günkü tarixə 2820 manat aliment borcu yaranmışdır. Borclunun aylıq ödənişi cəmi 390 manat təşkil edir. Borclu 2024-cü ilin yanvar ayından oktyabr ayınadək hər ay stabil olaraq 300 manat ödəniş etmişdir. Bu ay borcundan ödəniş etməmişdir. Qeyd olunan borc məbləği aylıq 90 manat məbləğindəki pulun ödənməməsi səbəbindən yaranmışdır. Borclunun barəsində 1-il əvvəl protokol tərtib edilmiş həmin vaxt borclunun 1420 manat borcu olmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. Uşağlarından biri ödənişli oxuyur və o heç bu il həmin ödənişi edə bilməmiş, həmçinin qeyd olunan alimentdən başqa digər aliment borcu da vardır. Tələbkar özü ona aylıq 300 manat ödəməsini bildirmişdir. Tələbkarın uşaqları Rusiya Federasiyasının vətandaşı həm də Azərbaycan Respublikasının vətandaşlarıdır. Tələbkar buna görə Rusiyada uşaqlara sosial yardım alır. Hər ilin sonunda Rusiyada uşaqların orada olub-olmamaları yoxlanıldığı üçün, tələbkar özü də bu ilin sonunda uşaqları ilə Rusiyaya gedəcək, bu səbəbdən istəyir ki ondan bütün pulu alsın. O tələbkarla danışıb hər ay 300 manatın vaxtı-vaxtında ödənməsi ilə bağlı razılıq əldə etmişdir. Bu ay borcundan 400 manat ödəniş edəcək. Hal-hazırda borcundan ödəniş edə bilmir. 1-ci günədək məhkəmə tərəfindən vaxt verilərsə o borcundan 500 manat ödəniş edə bilər. Məhkəmədən borcundan hissə-hissə ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclas zalında tələbkar Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanıldıqda o, borclunun 1 həftə ərzində 500 (beş yüz) manat ödəyəcəyi ilə razılaşmamış və həmin müddətə 2820 (iki min səkkiz yüz iyirmi) manat olan aliment borcunun tam şəkildə ödənməsini tələb etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi dinləyərək və tələbkarla olan telefon danışığını nəzərə alaraq məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9956/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği habelə eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlamılmaları üçün Şəxs hər ay sabit pul məbləğində 130 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9956/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği habelə eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlamılmaları üçün Şəxs hər ay sabit pul məbləğində 130 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borculya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş və izahatı alınmışdır. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmiş, hazırda borclunun icra sənədi üzrə cəmi 2820 (iki min səkkiz yüz iyirmi) manat borcu yaranmışdır. Borclu izahatında ona vaxt verilərsə borcundan 500 manat ödəyəciyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanıldıqda o, borclunun 1 həftə ərzində 500 (beş yüz) manat ödəyəcəyi ilə razılaşmamış və həmin müddətə 2820 (iki min səkkiz yüz iyirmi) manat olan aliment borcunun tam şəkildə ödənməsini tələb etmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə tam ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar