Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-408/2024 17.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, Azərbaycan Respublikası Göygöl rayonu Çaykənd Bələdiyyəsində ərazi gözətçisi vəzifəsində işləyən, məhkumluğu olmayan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-100/2024 saylı qərarı ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(066)-3007/2016 saylı icra sənədinə əsasən 21 sentyabr 2004-cü il təvəllüdlü X3, 16 sentyabr 2006-cı il təvəllüdlü X4, 27 aprel 2009-cu il təvəllüdlü X1, 07 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının 25 noyabr 2016-cı il tarixdən başlanması qət edilmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-916/2024 saylı icra sənədinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş X4, xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, cavabdeh Şəxs dövlət rüsumu hesabına 31,40 (otuz bir manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilməsi və iş üzrə ödənilmiş mediasiya xərci 55 manat Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki icra sənədi birləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu öhdəliyini tam yerinə yetirməmiş, protokol tərtib olunan tarixə borclunun 7328 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, hazırda borclunun aylıq ödənişi 510 manat olmuş, hazırda uşaqlardan ikisi yetkinlik yaşına çatmışdır. Bu səbədən aylıq ödəniş məbləği 170 manatdır. Borcdan müxtəlif vaxtlarda müxtəlif vaxtlarda aylıq ödənişlər olmuş, sentyabr və oktyabr aylarında borclu 300 manat olmaqla 600 manat ödəniş etmişdir. Onlar tərəfindən borclu Şəxs barəsində əvvəlki protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, həmin protokolda Gəncə Şəhər Məhkəməsinin icra sənədi onlara gəlmədiyi üçün göstərilməmişdir. 2024-cü ilin iyun ayında 200, iyul ayında 150, avqust, sentyabr və oktyabr aylarında hər ay 300 manat olmaqla cəmi 900 manat ödəmişdir. Borclu protokol tərtib edildikdən sonra cəmi 1250 manat ödəmiş etmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o protokol üzrə özünü təqsirli bilmir. Belə ki, o xəstədir və səhəti ilə bağlı çox sayda problemi vardır. O səhəti ilə bağlı işləyə bilmir bu səbəbdən kömək edilməsini xahiş etmişdir. O tələbkara yaşamağa ev və torpaq vermişdir. Tələbkarın yanında o 2 ay işləmiş, lakin tələbkar ona pulunu vermədiyi üçün o qaçmışdır. Onun evini və torpağını tələbkar əlindən almışdır. Onun uşaqları ona ata kimi bir şey etməməsini bildirmişdir. O qapılarda işləyərək aliment borcundan ödəniş etmişdir. Onun ürəyi iki ildir ki ağrıyır və mədəsində yara vardır. O aliment artırıldıqda həmin qətnamədən apellyasiya şikayəti vemiş, lakin onun şikayətinə baxılmamışdır. Pensiya almamışdır. O hər ay 160 manat alimentini tam şəkildə ödəmişdir. Onun səhətində problemləri olması səbəbindən borcunu ödəyə bilməmişdir. Belə ki, onun əməkhaqqısı 172.50 manat olmasına baxmayaraq o, 2024-cü ilin iyun ayında 200, iyul ayında 150, avqust, sentyabr və oktyabr aylarında hər ay 300 manat olmaqla cəmi 1250 manat ödəmişdir. Protokol tərtib edildikdən sonra bu günədək o borcundan 1250 manat ödəniş etmişdir. O borcundan ödənməsində yayınmır, borcunu işləyib ödəyəcəkdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 çıxışında göstərdi ki, borclunun torpağı olmuş və hərraca çıxarılaraq alimentlə əvəz edilmiş, onun evi aldadılaraq tələbkar tərəfindən öz adına keçirilmiş, obyekti alimentlə bağlı əlindən alınmasına baxmayaraq, təkrar ondan aliment tələb edilmişdir. Borclu Şəxs səhətində ciddi problemləri olmasına, əmək haqqısının 172.50 manat olmasına baxmayaraq, o hər ay borcundan 300 manat ödəniş etmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmamış, onun səhətində problemlər olmasına və maddi vəziyyətinin hədsiz pis olmasına baxmayaraq o borcundan ödəniş etmək istəyir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, işi ilə bağlı məhkəmə iclasında iştira edə bilməyəcəyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərətib edilmiş protokola onun iştirakı olmadan baxılmasına və yekun qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə başlanmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(066)-3007/2016 saylı icra sənədinə əsasən 21 sentyabr 2004-cü il təvəllüdlü X3, 16 sentyabr 2006-cı il təvəllüdlü X4, 27 aprel 2009-cu il təvəllüdlü X1, 07 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının 25 noyabr 2016-cı il tarixdən başlanması qət edilmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-916/2024 saylı icra sənədinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş X4, xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, cavabdeh Şəxs dövlət rüsumu hesabına 31,40 (otuz bir manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilməsi və iş üzrə ödənilmiş mediasiya xərci 55 manat Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun tam şəkildə ödənilməsi üçün xəbardarlıq edilmişdir. Borclu hal-hazırda səhəti ilə bağlı işləməkdə çətinlik çəkir, borcundan hər ay hissə-hissə olmaqla ödəniş edir. Həmçinin məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu Azərbaycan Respublikası Göygöl rayonu Çaykənd Bələdiyyəsində ərazi gözətçisi vəzifəsində işləməklə 172.50 manat əmək haqqı almasına baxmayaraq, borclu hər ay borcundan ödənişlər etməyə çalışmış, borclu tələbkara olan borcundan 2024-cü ilin iyun ayında 200 manat, iyul ayında 150 manat, avqust ayında 300 manat, sentyabr ayında 300 manat və oktyabr ayında 300 manat olmaqla cəmi 1250 manat ödəmişdir. Borclu protokol tərtib edildikdən sonra cəmi 1250 manat ödəmiş etmişdir. Bundan başqa iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki borclunun adına heç bir daşınar və ya daşınmaz əmlak, əlavə gəliri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu icra sənədini icra etməyə çalışmış, hər ay borcundan ödənişlər etmiş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini maddi imkanı olmaması və səhətində problemlərinin olması ilə əlaqələndirmiş, 172.50 manat əmək haqqı almasına baxmayaraq hər ay 300 manat aliment öhdəliyini icra etmişdir ki, bununla da icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcunun olmasında heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən və əməlində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. X10 Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). Hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-408/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-408/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver