Məhkəmə qərarları › İş №3(066)-409/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-409/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-409/2024 21.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, DİN-nin BDYPİnin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağım YPX inspektoru, polis serjantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Daşkəsən rayonu, Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Almalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Vİİİ taqımından daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağım YPX inspektoru, polis serjantı Nümayəndə tərəfindən İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağım YPX inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Şəxs “VAZ-2107” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Vİİİ Tağım YPX inspektoru, polis serjantı Nümayəndə inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdi ki, Şəxs 19 oktyabr 2024-cü il tarixdə, saat 17 :30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 361-ci km-də “Ford Transit” Yük markalı, **-EP- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Ford Transit” Yük markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısı, qabaq buferi və arxa qapısına ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə, avtomobilin sahibi Şahid barəsində isə Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib etmişdir. Şəxs cərimə tənbehinin təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 17:30 radələrində qohumu Şahid məxsus “VAZ-2107” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini srücülük hüququ olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Ford Transit” Yük markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Törətdiyi xətadan səmimi peşmandır və barəsində yüngül inzibati tənbeh cərimə tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 17:30 radələrində spirtli içki qəbul etdiyi üçün özünə məxsus “VAZ- 2107” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün qohumu Anara vermiş, özü isə avtomobilin qabaq tərəfində əyləşmişdir. Göygöl rayonundan Daşkəsən rayonu istiqamətinə dönərkən Anar yol hərəkəti qaydalarını pozaraq “Ford Transit” Yük markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əlavə olaraq bildirmişdir ki, əvvəllər bir neçə dəfə kənd ərazisində avtomobilini idarə etmək üçün Anara vermiş, lakin onun sürücülük hüququnun olmamasını bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:30-da Şəxs “VAZ-2107” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş, İN 642704, protokollaşdırma 00106, tarix xx.xx.2024-ci il tarixli, vaxt 20:09, operator nömrəsi 1031, Manual Alkolun miqdarından görünür ki, **-KO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs 0,000 promil sərxoşluq müəyyən edilməmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən və fotoşəkildən görünür ki, barəsində inzibati iş aparılan şəxs X2 idarə etdiyi “VAZ-2107” minik markalı, **-KO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının hadisə zamanı, sol buferi, sol farası, qabaq buferi və nömrə nişanı əzilmiş, zərərçəkmiş şəxs X3 idarə etdiyi “Ford Transit” Yük markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomaşının isə sağ qapısı, sağ buferi əzilmiş sağ təkəri isə partlamışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahid izahatı və digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, cərimə növündə tənbeh tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar