Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-410/2024 21.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar "xxxx" MMCnin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu, Hacəməlik qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Göygöl rayon Məhkəməsinin 2(066)-711/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1702.70 (bir min yeddi yüz iki manat yetmiş qəpik) manat borc və 38.62 (otuz səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, Göygöl rayon Notariat Kontorunun 8İ-4464 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənəndi üzrə borclu Şəxs 63.70 manat pul və 25 manat dövlət rüsumu tutulаrаq Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə ödənilməli, Göygöl rayon Məhkəməsinin 2(066)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada cəmi 1872,50 manat borc və ödənilmiş 40,96 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, Qida Təhlükəsizliyi Bakı Regional Bölməsinin ******* saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 200 manat məbləğində cərimə tutularaq dövlət büdcəsinə ödənilməli və Göygöl rayon Məhkəməsinin 2(066)-1210/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 851 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməldir. Protokol tərtib edildikdən sonra borclu qida təhlükəsizliyi üzrə borcundan 200 manatı tam ödəməsi ilə bağlı qəbz təqdim etmişdir. Hazırda qeyd edilən icra sənədləri xx.xx.2024-cü il tarixdə birləşdirilmiş və icra sənədləri üzrə borclunun cəmi 5223,67 manat borcu varıdır və bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Əlavə olaraq bildiridi ki, tələbin könüllü icrası barədə bildirişin tərəfə təqdim edilməsi barədə sübut yoxdur. Məhkəmədən inzibati protoklun təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, onun tələbkarlara olan borcunun olmasını bilmir və həmin borc məbləği ilə bağlı icra sənədinin olmasından onun xəbəri olmamış, əvvəllər icra məmuru tərəfindən ona heç bir məlumat verilməmişdir. İcra məmurunun yanında olmamış və ona icra sənədləri barədə məlumat verilməmişdir. Tələbin könüllü icrası barədə bildirişə bu gün imza etmişdir. Qətnamə çıxan zaman o ölkədə olmamışdır. O bu işlərlə bağlı ilk dəfədir ki, icra şöbəsinə gəlir. O 6 ildir ki, icra şöbəsində və məhkəmədə olmamış, belə ki o bu müddət ərzində Bakıda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ondan əvvəl isə Rusiyada olmuşdur. Hazırda isə Göygöl rayon, Hacıməlik qəsəbəsində yaşayır. Bu səbəbdən məhkəmədən barəsində olan inzibati işə xitam verilməsini xahiş edir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, o borclu ilə Şəxs 4 aydır ki, danışır. Onlar hazırda borcun tam şəkildə ödənməsini əks təqdirdə borclunun barəsində həbs cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon Məhkəməsinin 2(066)-711/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1702.70 (bir min yeddi yüz iki manat yetmiş qəpik) manat borc və 38.62 (otuz səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Göygöl rayon Notariat Kontorunun 8İ-4464 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənəndi üzrə borclu Şəxs 63.70 manat pul və 25 manat dövlət rüsumu tutulаrаq Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə ödənilməsi, Göygöl rayon Məhkəməsinin 2(066)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada cəmi 1872,50 manat borc və ödənilmiş 40,96 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, Qida Təhlükəsizliyi Bakı Regional Bölməsinin ******* saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 200 manat məbləğində cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi və Göygöl rayon Məhkəməsinin 2(066)- 1210/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 851 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri xx.xx.2024-cü il tarixli qərarla icra məmuru Vüsalə Bağırova tərəfindən bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə müəyyən olunur ki, borclu Şəxs Göygöl rayon Məhkəməsinin 2(066)-711/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi, Göygöl rayon Notariat Kontorunun 8İ-4464 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənəndi, Göygöl rayon Məhkəməsinin 2(066)-157/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi, Qida Təhlükəsizliyi Bakı Regional Bölməsinin ******* saylı xx.xx.2020-ci il tarixli icra sənədi və Göygöl rayon Məhkəməsinin 2(066)-1210/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişlərin şəxsən borclu tərəfindən alınması və ya ailə üzvlərinə təqdim edilməsi, poçt vsaitəsi ilə borcluya göndərilməsinə dair heç bir sübut icra işində olmamaqla yanaşı, məhkəmə iclasında inzibati işə baxılarkən də icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclasında müəyyən edilmişdir, tələbin könüllü icrası barədə bildirişlər borcluya şəxsən təqdim edilməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İcra haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3.-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 10.3.-ci maddəsinə əsasən, İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Bundan əlavə qeyd edilməlidir, icra məmuru borclunun daimi yaşayış yerini müəyyən etmədən, tələbin könüllü icrası barədə bildirişi və inzibati məsuliyyət barədə xəbərdarlığı təqdim etmədən, tələbkarın və borclunun icra sənədi üzrə ödənişlər və borc məbləğini araşdırmadan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə verməklə icra haqqında qanunvericiliyin tələblərini nəzərə almamışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-410/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-410/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver